Yupiter və Saturn yaxınlığında Nərə balığı Dolunayı

2020-ci ilin Avqustunda Tam Ay (Dolunay) iki qaz nəhəngi – Yupiter və Saturnun müşayiəti ilə səmanı işıqlandıracaq.

Avqustda Tam Ayı nə vaxt görəcəyik?

Tam görünüşlü Ay, 2 Avqust 2020 Bazar günü tam fazaya çatmadan və 3 Avqust 2020 Bazar ertəsi günü 15:59 GMT (səhər 11:59 EDT) gecə səmasında görünəcəkdir. Gecənin ən parlaq kürəsi Uzaq Şimali Arktika enliklərindən başqa hər yerdə görülə biləcəkdir. Oğlaq bürcünün ulduzları arasında parıldayan Ay diski, qaranlıqda göyün şərq hissəsini və tam fazanın ətrafında şəfəqdə qərb tərəfi ayıracaq.

Bəs nəyə görə bu dolunay Full Sturgeon Moon – Nərə Balığı Dolunayı adlanır?

Ənənəvi olaraq, dolunaylar üçün seçilmiş adlar müəyyən bir mövsümün və ya mövsümi fəaliyyətlərin xüsusiyyətləri ilə əlaqələndirilirdi. Avqust ayındakı Dolunaya Nərə Balığı deyilməsinin səbəbi odur ki, yayın bu hissəsində Şimali Amerikanın Böyük Göllərindəki ən böyük şirin su balığı olan nərə balığını tutmaq asandır. Həmçinin, Avqustun Dolunayı Qarağat Ay (Blueberry Moon), Buğda Biçmə Ayı (Wheat Cut Moon) ve Yaşıl Qarğıdalı Ayı (Green Corn Moon) adlanır. Bu ənənəvi adlar son yaz ayının məhsulları ilə əlaqədardır.

Dolunay Yupiter və Saturn ilə rəqs edir!

Bu ay Dolunay, parlaq Yupiter və qızıl Saturn ilə birlikdə gecə səmasında işıq saçacaq. İyul ayında müxalifətdən keçərək, hər iki planet də qərbdə Oxatan bürcünün qarşısında dururlar və təqribən ilin sonuna qədər həmin mövqedə qalacaqlar. Yupiter və Saturn vizual olaraq, yəni adi gözlə parlaq və görünəndir, lakin Saturnun gözəl halqalarını görmək istəsəniz sizin kiçik bir teleskopa ehtiyacınız olacaq.

Hər nə qədər Ay bu günlərdə səmada Yupiter və Saturna yaxın mövqedə olsa da, faktiki məkanda bir-birindən çox uzaqdırlar. Ay Yerdən təqribən 384 min km məsafədədir (0.0026 AV (Astronomik Vahid)), planetimizlə Yupiter arasındakı orta məsafə isə təqribən 778 milyon km (5.2 AV) təşkil edir. Yerdən vizual olaraq görünən ən uzaq planet olan Saturna Yerdən olan orta məsafə 1,28 milyard km-dir (8.58 AV).

Mənim də sevərək istifadə etdiyim Star Walk 2 proqramı, Ayın və digər səma cisimlərinin yüksəliş vaxtlarını yoxlamağa, həmçinin səmada görünən planet və bürcləri müəyyənləşdirməyə və onları tapmaq üçün səmada hansı mövqelərə baxacağınıza kömək edəcəkdir.

Beləliklə, Avqustun 2-si və 3-də qaz nəhənglərinin yanında parıldayan Dolunay Nərə Balığından zövq alın!

Mənbə:

https://starwalk.space/en/news/full-sturgeon-moon-next-to-jupiter-and-saturn