Ulduzların Yaranışı

Bizləri əhatə edən göy üzünə baxarkən parıldayan ulduzlar uşaqdan böyüyə hər kəsin marağına səbəb olur. Onlar haqqında məlumat əldə etmək gərəklidir.
İlk öncə bu suala aydınlıq gətirək. Ulduz nədir?Ulduz Günəş kimi özündən işıq, istilik və digər elektromaqnit şüaları yayan çox saylı böyük göy cisimlərindən biridir. Ulduz, əsasən hidogen və heliumdan ibarət olan, termonüvə reaksiyaları nəticəsində müxtəlif enerji və temperatur yayan qaz kütləsidir. Şəhər işıqlarının aydın və Aysız bir gecədə çata bilmədiyi boş yerlərdə səmaya baxanda göyün sonsuz sayda ulduzla örtüldüyü görünür. Əslində bu say düşünüldüyündən azdır, bütün səmadakı ulduzların sayı çılpaq gözlə baxıldığında 6000-i keçir. Bir dəfə baxıldığında müşahidəçi bunun yalnız yarısını görə bilər. Vizual (adi gözlə) və teleskopla görünə bilən bütün bu ulduzlar, ulduz toplusu olan Süd Yolu Qalaktikasına bağlıdırlar. Yerə ən yaxın ulduz Günəşdir ki, bu da Yerdəki həyatın mənbəyidir.Günəş, günəş işığı da daxil olmaqla, Yerdəki enerjinin böyük bir mənbəyidir. Digər ulduzlar, yerdən baxanda Günəş işığı altında qalmadıqları zaman, yəni gecələri göy üzündə görünürlər. Ulduzların parıldamağının səbəbi, nüvələrində meydana gələn nüvə birləşmə reaksiyaları səbəbindən yayılan nüvə enerjisinin ulduzdan keçdikdən sonra radiasiya ilə xaricə – kosmosa yayılmasıdır.Astronomlar bir ulduzun kosmosdakı spektrini, parlaqlığını və hərəkətini müşahidə edərək bir ulduzun kütləsini, yaşını, kimyəvi tərkibini və bir çox xüsusiyyətlərini təyin edə bilirlər. Bir ulduzun ümumi kütləsi ulduzun inkişafının və sonunun əsas təyin edicisidir. Ulduzların indiki yaşlarını və onların inkişaf mərhələlərini təyin etmək üçün istilik və parlaqlıq vəziyyətinə görə qurulan Hertzsprung-Russell diaqramı (H-R diaqram) istifadə edilir.Ulduz inkişafındakı ilkin mərhələ hidrogen, helium və çox az miqdarda daha ağır elementlərdən ibarət olan və daxilə doğru çökməyə başlayan bir maddə bulududur. Ulduz nüvəsi kifayət qədər konsentrasiya olunduqdan sonra tərkibindəki hidrogenin bir hissəsi davamlı nüvə birləşmə reaksiyası ilə heliuma çevrilir. Ulduzun qalan hissəsi buraxılan enerjini radiasiya və konveksiya birləşməsi ilə nüvədən uzaqlaşdırır. Bu proseslər ulduzun daxilə doğru cökməsinin qarşısını alır və enerji kosmosa yayılır, beləcə ulduz səthində mükəmməl bir ulduz küləyi yaradır. Nüvədəki hidrogen yanacağı tükəndikdən sonra, Günəş kütləsinin ən azı beşdə iki hissəsini təşkil edən ulduz genişlənərək qırmızı nəhəngə çevrilir. Daha sonra maddənin bir hissəsi ulduzlararası mühitə yayılaraq ağır elementlərin sıx olacağı yeni bir ulduz nəslini meydana gətirmişdir.Bəs ulduzlar necə yaranır?Ulduzların əmələ gəlməsi zamanı baş verən proseslərin tam başa düşüldüyünü söyləmək olmaz. Ancaq bu gün kainatda meydana gələn ulduzların müşahidələri və nəzəri hesablamalar ulduzun əmələ gəlməsini anlamağa kömək edir.Ulduzlar qalaktikalarda nisbətən yüksək sıxlıqlı molekulyar bulud hissələrinin dağılması nəticəsində əmələ gəlirlər. Bu bölgələrdə molekulların bir-birləri ilə toqquşması zamanı hərəkət enerjisinin bir hissəsi molekulların daxili enerjisinə (molekulların titrəməsi və dönməsi nəticəsində yaranan enerji) keçir. Beləliklə, həyəcanlanmış vəziyyətdə olan molekullar əsas enerji səviyyələrinə qayıdarkən daxili enerjilərinin bir hissəsini infraqırmızı işıq kimi yayırlar. Enerji molekulyar buluddan elektromaqnit dalğaları (işıq) ilə daşındıqca yüksək sıxlıqlı bölgənin temperaturu aşağı düşür. Molekulyar buludun daxili təzyiqi öz cazibə qüvvəsini tarazlaşdıra bilmədikdə bulud dağılmağa başlayır. Zamanla intensivlik artdıqca işığın yayılması çətinləşir. Çünki, işığın çox hissəsi molekullar tərəfindən udulur. Beləliklə, buludun daxili hissələrinin temperaturu artmağa başlayır. Ən isti bölgə, yəni mərkəzin temperaturu 2000 Kelvin’i keçdikdə, hidrogen molekulları (H2) hidrogen atomlarına parçalanmağa başlayır. Sonra hidrogen və helium atomları ionlaşır. Bu istiləşmə mərhələsi buludun daxili təzyiqi öz çəkisini tarazlayana qədər davam edir. Beləliklə, bir protoulduz meydana gəlir. Bu protoulduz zamanla radiasiya ilə enerjisini itirərək kiçilməyə və istiləşməyə davam edir. Mərkəzi temperatur müəyyən bir həddə çatdıqda nüvə reaksiyaları başlayır və bir ulduz meydana gəlir.Mənbələr:
https://bilimgenc.tubitak.gov.tr/makale/yildizlar-nasil-olusur
https://www.tarihiolaylar.com/tarihi-olaylar/yildiz-1375
https://tr.wikipedia.org/wiki/Y%C4%B1ld%C4%B1z