Teleskop – Kainata açılan pəncərəmiz!

XX əsrin ortasına qədər göy üzü haqqındakı məlumatların haradasa hamısı görünən işıq dalğalarından gəlirdi. Bu səbəblə göy üzünün şəkilləri yalnız gözlərimizlə gördüklərimizi göstərməkdə idi. Teleskopların çox sönük işığı belə təyin edə bilməkləri və görünüşü bir neçə dəfə böyüdə bilməkləri səbəbilə sadəcə astronomik cisimlər haqqında detallar əlavə edilmişdir. Lakin hələ də əldə etdiyimiz nəticələr görə bildiyimiz nəticələr olaraq qalırdı. Daha sonra görünən işığın digər bölgələrindəki işıq ayırdediciləri meydana gəldi. Aşağıdakı şəkil haradasa 1000 il əvvəl (Miladdan sonra 1054) partlamış bir ulduzun çöküntüsü olan Xərçəng dumanlığının beş görünüşünü təsvir etməkdədir.

Yaxşı bəs onda hansı şəkil gerçəyi əks etdirir? Cavab “hamısı gerçəkdir və daha artığıdır”. Çünki, astronomik cisim radio və ya ultrabənövşəyi işıqlanmada çəkildiyi zaman eyni şəkil yenə fərqli görünür. Gözlərimizin bizə hekayənin heç də hamısını danışmadığının nəticəsinə gəlməliyik. Astronomiyadan söhbət gedirsə, əslində görə bildiyimiz şey əldə edə biləcəyimizin sadəcə bir qismidir.

Kainatı anlamaq üçün astronomik müşahidələrə ehtiyac duyuruq və onlardan aldığımız nəticələrə çox güvənirik. Elmin hər sahəsində olduğu kimi, bizim də mövcud nəzəriyyələri sınamaq və yenilərini inkişaf etdirmək üçün müşahidə məlumatlarına ehtiyacımız var. Bizimlə – müşahidəçilə araşdırdığımız cisimlər arasındakı uzaqlıqlar çoxdur və kainatın təbiəti çox dinamikdir. Edə biləcəyimiz tək şey, bu cisimlərin gələn işıq şüalarını düzgün bir şəkildə toplamaq və onların kosmos haqqında daşıdığı məlumatların şifrələrini açmağa çalışmaqdır. İşıq toplamaq üçün ən faydalı cihazlar teleskoplardır.

Səmanı bir teleskop ilə müntəzəm bir şəkildə araşdıran ilk insanın Qalileo Qaliley olduğunu xatırlayaq. Qalileonun zamanından əvvəl vizual (adi gözlə edilən) müşahidələr sayəsində çox daha artığı öyrənilmişdi, lakin Qalileyin teleskopu Astronomiya elmini və Kainata baxış bucağımızı çox dəyişdirdi. Teleskopları daha böyük düzəldib onları Dünya astmosferinin korlayıcı təsirlərinin üstündəki uzaqlıqlara götürərkən, kainatın sirlərini öyrənməyə hələ yeni başladığımızı anlayırıq. Son əsrdə teleskopla bağlı alətlərə müxtəliflilik gətirildi və səmaya görünən işığın daha uzağındakı qisimlərində də baxmağa başladıq.

Mənbələr:

Mənbə1
Mənbə2