Sirius ulduzu

Sirius ulduzu gecə göy üzündə görünən ən parlaq ulduzdur. Canis Major və ya Böyük Köpək adlanan bürcün ən parlaq ulduzudur. Bu ulduz bizdən 8,5 işıq ili uzaqlığındadır. Son zamanlarda Sirius ulduzunun teleskoplarla müşahidəsi zamanı, onun ətrafında adi gözlə görünməyən başqa bir ulduzla bir yerdə hərəkət etdiyi müəyyən edilmişdir. Bu ikili ulduz sistemini astronomlar Sirius A və Sirius B olaraq adlandırmışlar. Adi gözlə görülə bilən Sirius A dır. Günəşdən 3 dəfə böyük və 10 qat daha parlaqdır. Sirius B isə ağ cırtdan ulduzdur və təxminən Günəşlə eyni kütləyə sahibdir.

Sirius ulduzları bizə doğru saatda minlərcə mil sürətlə hərəkət edir. Siriusun dünya üfüqündə doğuş periodu bizim bir günəş ilimizlə eynidir yəni, 365 gün 6 saatdır. Keçmiş Misirdə Sirius ulduzu və Günəş sisteminin bu maraqlı ortaq xüsusiyyətləri kəşf olunduqdan sonra Siriusun şərq üfüqdən doğulduğu günü öz təqvimlərinin ilk günü kimi qeyd etmişlər. Sirius A və Sirius B ulduzları bir-birinin ətrafında bir cüt yay şəklində orbit çəkərək fırlanırlar. Fırlanma müddətləri ən həssas ölçmələrlə 49,9 il hesablanmışdır. Bu elmi ölçmələr Harvard, Ottava və Leicester kimi nüfuzlu universitetlərinin astronomiya bölmələrinin təsdiqləməsi ilə astronomiya qeydlərinə keçmişdir.

Mənbə: https://az.m.wikipedia.org/wiki/Sirius