Rozetta missiyası

Tarixən həmişə kometlər insanlarda qorxu və marağa səbəb olub. Bəzi elm adamları, həyat üçün əhəmiyyətli olan üzvi strukturların məhz kometlər vasitəsilə Yer planetinə töküldüyünə inanır. Bir qisim alimlər komet və Günəş sistemi planetlərinin Günəşin yaranması zamanı səpilən qaz və tozların yığılması nəticəsində formalaşdığını düşünsə də, digərləri kometlərin ulduzlararası maddələrdən təşkil olunduğunu düşünür ki, bu isə kometlərin, hətta Günəş sistemindən daha yaşlı olması deməkdir.

Rozetta missiyası 10 illik kosmik missiyadır. Bu missiyada əsas məqsəd Çeryumov-Girasimenko (“67P/Churyumov-Gerasimenko” (C-G)) kometini yaxalamaq və kometlərlə bağlı bəzi sualları cavablandırmaqdır. Rozetta robotu komet üzərində eniş edilən ilk kosmik gəmidir. O eyni zamanda Günəş sistemimizə daxil olan bir kometi izləyən ilk kosmik gəmidir. Rozetta həm də Günəşin istiliyi nəticəsində kometdə baş verən dəyişiklikləri yaxın məsafədən müşahidə etmişdir.

Rozetta kosmik gəmisi Britaniya Muzeyində olan qədim Rozetta daşının, Fİlay (Philae) landeri isə “Philae Obelisk“in adını daşıyır. Filay Obelisk və Rozetta daşı Misir heroqliflərinin başa düşülməsində açar rolunu oynamışdır. Elm adamları ümid edir ki, Rozetta Kosmik gəmisi də kometlərin istilik izləri vasitəsilə ifadə olunan daha qədim dilini anlamağa kömək edəcək. Bu eyni zamanda Günəş sisteminin və bəlkə də Yerdə həyatın yaranması barəsində yeni məlumatlar deməkdir.

Avropa Kosmik Agentliyinin (European Space Agency (ESA)) Elmi proqramlar komitəsi 1993-cü ildə, Rozetta missiyasını ESA-nın Horizon 2000 elmi proqramında əsas element kimi təsdiqləmiş və 2
mart 2004-cü ildə Rozetta təxminən bir il ərzində Yer kürəsini təqib edə biləcək bir orbitə buraxılmışdır.

Rozettanın kosmosdakı vəziyyətinin tarixi:

 4 mart 2005-ci ildə Rozetta Yerə çatdı və dörd qravitasiya yardımından ilkini aldı (üçü Yer, biri Mars tərəfindən olan). Bu ilk qravitasiya dəstəkli roketi 2007-də Marsa çatmaq üçün yönləndirdi.

 4 İyul 2005-ci ildə Rozetta “Deep impact” və “Tempel 1” kometi arasındakı toqquşmanı analiz etdi.

 2007-ci ilin fevralında Rozetta Marsa yaxın bir uçuş həyata keçirdi və qravitasiya dəstəyi aldı. Bu onun 2007-ci ilin noyabrında Yerdən ikinci qravitasiya yardımı alması üçün lazım idi.

 2007-ci ilin noyabrında Rozetta Yerdən, Marsın orbitini keçərək asteroid qurşağına çatmaq üçün lazım olan ikinci qravitasiya yardımını aldı.

 5 sentyabr 2008-ci ildə Rozetta, Steins asteroidinə 1700 kilometrdən daha çox yaxınlaşaraq, bu asteroidi müşahidə edə biləcək məsafəyə çatdı.

 2009-cu ilin noyabrında Rozetta yenidən asteroid qurşağına qayıtmağa lazım olan sonuncu qravitasiya yardımını almaq üçün Yerə geri döndü.

 10 iyul 2010-cu ildə Rozetta Lutetia asteroidinin 3000 kilometrliyinə qədər çataraq Steinsdən 10 dəfə böyük olan bu asteroidi yaxın məsafədən müşahidə etdi.

 2011-ci ilin may ayında, Rozetta, artıq Günəşdən milyard kilometr məsəfədə idi. Hansı ki, bu məsafədə roketin günəş panelləri yetərincə enerji toplaya bilməzdi. Buna görə də roketin bir çox elektrik funksiyaları dayandırılmış və C-G kometinin xarici Günəş sistemindən olan uzun tranzitindən qayıdana qədər gözlənilmişdir.

 2014-cü ilin yanvarında Rozetta özünü yenidən işə salır və may ayında gələcək C-G quyruqlu ulduzunun koordinatlarına yaxınlaşır. Rozetta kometə idarə olunan rahat bir eniş üçün Filayı sərbəst buraxır. Daha sonra Filay kometin səthindən əhəmiyyətli məlumatları Yerə ötürür.

 C-G kometi perihelli nöqtəsindən keçdikdən sonra Rozetta missiyasını tamamlayır

İstinad: https://www.nasa.gov/rosetta/overview