Rentgen Teleskopları

Chandra Rentgen Teleskopu

NASA-nın Chandra Rentgen Teleskopu 1999-cu ildə çalışmağa başlamışdır və dörd iç-içə güzgülü bir qabığı vardır (“Chandra” adı ulduzların quruluşu və təkamülü haqqındakı işləri üçün Nobel mükafatını bölüşən Hindli fizik S.Chandrasekharın verilən adıdır.). İndiyə qədər edilmiş ən inkişaf etmiş rəsədxanalardan biridir və nadir görünən elliptik bir orbiti var ki, bu orbitə onu Ay məsafəsinin üçdə birindən daha uzağa qədər götürür. Dünyaya ən çox 10000 km yaxınlaşır. Chandra kainatın partlamış ulduz qalıntılarındakı isti qaz kimi yüksək enerjili bölgələrindən gələn Rentgen şüalarını müşahidə etmək üçün dizayn edilmişdir.

Rentgen Çox Aynalı Peyki – XMM-Nyuton

ESA-nın orbitə 1999-cu ildə yerləşdirdiyi Rentgen Çox Aynalı Peyki – XMM-Nyuton (Rentgen Multi-Mirror Mission-Newton) Chandranın ayırdetmə gücünə malik deyil, lakin kainatın tarixində daha geriyə “baxa bilər”, çünki daha çox işıq toplaya bilir. 58 ədəd iç-içə aynalı bir qabığı var və ultrabənövşəyi xüsusiyyəti də olan 0,3 m-lik optik izləmə teleskopu XMM-Nyutona fərqli dalğa uzunluqlarında müşahidə etmək qabiliyyəti qazandırır. ABŞ-Yaponiya ortaqlığıyla qurulan Suzaku Rentgen Teleskopu (orbitə 2005-ci ildə yerləşdirilmişdir) ilə birlikdə, bu teleskoplar supernova qalıntıları, aktiv qalaktikada nüvələri, qalaktika qrupları və qara dəliklər haqqındakı anlayışımızda indidən köklü dəyişiklik etməkdədir.

NuSTAR

Kosmosdakı ilk yüksək enerjili Rentgen teleskopu NuSTAR-dır (Nuclear Spectroscopic Telescope Array) və orbitə 2012-ci ildə fevral ayında yerləşdirilmişdir. Bu NASA missiyasının qabaqcıl hədəfləri bir qara dəlik axtarmaq, gənc supernova partlamalarını xəritələmək, güclü kosmik sürətləndiriciləri araşdırmaq və Qalaktikamızdakı yüksək enerji mənbələrini müəyyən etməkdir. Daha az maliyyə tələb etməsi səbəbilə, NuSTAR orbitə tam açılmadan yerləşdirilmişdir. Bunun yerinə, açılaraq uzanabilən qəfəs quruluşlu bir quruluşa sahibdir. Bu quruluş, Rentgen teleskoplarında fokuslama üçün ehtiyac olan böyük fokus uzunluqlarını əldə etmək üçün istifadə olunur.

Mənbə:
https://chandra.harvard.edu/
https://www.nustar.caltech.edu/
https://en.wikipedia.org/wiki/Chandra_X-ray_Observatory
https://en.wikipedia.org/wiki/NuSTAR
https://chandra.si.edu/about/