Quyruqlu ulduz nədir?

Adi gözlə görülə biləcək ən möhtəşəm astronomik cisimlərdən biri də quyruqlu ulduzlardır. İndiyə qədər quyruqlu ulduz görməyən insanlar şəkillərdən gördüyü təəssürat ilə onları göyüzündə quyruqlarının tərsi istiqamətində sürətlə hərəkət edən cisimlər olaraq fikirləşirlər. Realda isə bir quyruqlu ulduz gördüyünüzdə heç bir sürətli hərəkət müşahidə etməzsiniz. Çox diqqətli baxsanız, onları göy üzündəki digər ulduzlar kimi hərəkətsiz vəziyyətdə görərsiniz. Görəcəyiniz tək hərəkət “Dünya”nın fırlanmasından qaynaqlanan göyüzü hərəkəti olacaqdır. Beləliklə, quyruqlu ulduzları göyüzündən axıb gedən meteorlarla qarışdırmamaq lazımdır. Quyruqlu ulduz həmçinin komet də adlanır. Komet yunanca “kometos” sözündən götürülüb, “quyruqlu ulduz” deməkdir.

İsaak Nyuton (1642-1727) planetlər kimi, elə quyruqlu ulduzların da Ümumdünya cazibə və hərəkət qanunlarına uyğun şəkildə, Günəş ətrafında fırlanmaları ehtiyacı fikrini ortalığa atmışdır. Dünyadan sadəcə qısa vaxtlarda müşahidə edilə bildikləri üçün onların orbitlərinin olduqca meyilli olduğu nəticəsini çıxarmışdır.

Nyutonun dostu Edmund Halley (1656-1742) isə onun metodunu, öz müşahidələrini və daha əvvəlki quyruqlu ulduz keçidi təsvirlərindən istifadə edərək bir çox quyruqlu ulduzun orbitlərini hesablamışdır. Halley 1531, 1607 və 1682 quyruqlu ulduzlarının orbitlərinin çox bənzər olduğu qənaətinə gəlmiş və bunların eyni quyruqlu ulduz olmasından şübhələnmişdir. Lakin bu quyruqlu ulduzun bir keçidi ilə digər keçidi arasındakı müddətlərin eyni olmaması onda çaşqınlıq yaratmışdır. Quyruqlu ulduzun yolunun yaxın keçidlərinə görə xüsusilə, Yupiter və Saturn kimi planetlərdən təsirləndiyinin fərqinə vardığında bu üç quyruqlu ulduzun keçidinin əslində ayrı quyruqlu ulduza aid olduğu fikrini ortaya atdı. 1705-də Halley bu quyruqlu ulduzun 1785-də təkrar ortaya çıxacağını qabaqcadan proqrozlaşdırdı. Həmin quyruqlu ulduz 1758 yeni il gecəsində müşahidə edilmişdir. Bunu Halley əvvəlcədən proqnozlaşdırdığı üçün onun xatirəsinə quyruqlu ulduza “Halley” adı verildi. Edmund Halley isə proqnozunun doğrulandığını görmədən, 16 il əvvəl 85 yaşındaykən həyatını itirmişdi.

Yazılı qaynaqlara əsaslanan quyruqlu ulduz araşdırma hesabatları sayəsində, Halley quyruqlu ulduzunun izini miladdan əvvəl 239 ilinə qədər davam etdirə bilirik.

Mənbələr:
https://www.space.com/19878-halleys-comet.html
https://www.space.com/23363-eta-aquarid-meteor-shower.html