2 sentyabr Qarğıdalı Dolu Ayı

2 sentyabr çərşənbə günü Ay tam fazasına çatır. Tam işıqlı Ay diskini nə zaman müşahidə edə biləcəyimizi, sentyabrın Dolu Ayının niyə “Qarğıdalı Ayı” adlandırıldığını və təbii peykinizin bu həftə boyunca planetimizin ətrafında gəzərkən hansı planetləri ziyarət etdiyini öyrənmək üçün oxumağa davam edin.

2020-ci ilin sentyabrında Dolu Ayı nə vaxt müşahidə etmək lazımdır?
29 avqust 2020-ci ildə səmamızda iki qaz nəhəngi olan Yupiter və Saturn planetləri ilə qarşılaşan Ay tam fazasına çatacaq. Dolu Qarğıdalı Ayı, 2 sentyabr 2020-ci il tarixində, GMT ilə 5:22-də, EDT 01:22-də (yerli vaxtla 9:22-də) Dolça bürcünün ulduzları arasında parlayaraq səmanı bəzəyəcək. Hava müşahidəçiləri, alatoranlıqda səmanın şərq hissəsində parlaq Ay diskini görəcəklər. Şimal yarımkürəsində sentyabrın Dolu Ayı, bu astronomik yaz – yay gündönümü ilə payız bərabərliyi arasındakı dövr səmaya lütf edən sonuncu Dolu Ay olacaqdır. Cənub yarımkürəsi üçün isə astronomik qışdır.

Sentyabrın Ayını ən böyük və ən parlaq halı ilə tutmaq üçün astronomik tətbiq Star Walk 2 proqramında Ayın doğuşu və batmasının dəqiq vaxtlarını yoxlaya bilərsiniz. Star Walk 2 proqramı həmçinin, Ayın fazaları haqqında məlumat verir və yaxın bir neçə gecənin səmasında parlaq Ayı əhatə edən parlaq bürclər və parlaq planetləri tapmaqda sizə kömək edəcəkdir.

Bəs bu Dolu Ay niyə Qarğıdalı Ayı adlanır?
Ənənəvi olaraq, payız bərabərliyinə ən yaxın zamanda gerçəkləşən Dolu Ay, “Harvest Moon” – “Məhsul Ayı” adlanır və Şimal Yarımkürəsində payızın başlanğıcını göstərir. Tipik olaraq, bu il sentyabrda deyil, oktyabr ayında səmada “Harvest Moon” – “Məhsul Ayı”nın parıldadığını görəcəyik. Bu səbəblə, sentyabrın Dolu Ayı 2020-ci il payız bərabərliyinə ən yaxın zamana düşmədiyi üçün “The Full Corn Moon” – “Qarğıdalı Dolu Ayı” adını alır. Bu ad Şimali Amerikada qarğıdalı yığımı vaxtı ilə əlaqələndirilir. Sentyabr ayında meydana gələn Dolu Ayın başqa bir adı da, bu ayın digər bir məhsulu ilə əlaqəli olan “Barley Moon” – “Arpa Ayı”dır.

Ay bu həftə Mars və Uranla görüşür.
Astronom Kris Vaughana görə çərşənbə gecəsindən etibarən Ay tədricən böyüyəcək və mərhələ-mərhələ azalacaq. Hər gecə Balıqlar və Ketus bürcləri boyunca şərqə doğru irəliləyəcək. 5 sentyabr 2020-ci il şənbə günü müşahidəçilər Marsa yaxın parıldayan Ayı görmək fürsəti əldə edəcəklər. Astronomik cütlüyü durbinlə və ya teleskopla müşahidə etmək mümkün olacaq.

6 sentyabr bazar günü isə Ay, mavi-yaşıl Uranın yanında olacaq. Planet əgər harada tapacağınızı bilirsinizsə, durbin və adi teleskop vasitəsilə görünə bilər. Parlaq Ay, tutqun planet ovu üçün çox parlaq olacaq. Ulduzların Cetus bürcündəki (Ayın altında) və Qoç bürcündəki (Uranın üstündə) mövqelərinə diqqət yetirin və onlardan Ayın yaxın olmadığı bir gecədə Uranı tapmaq üçün istifadə edin.

Ay və planetlər haqqında daha çox məlumat əldə etmək və 2020-ci ildə astronomik hadisələri qaçırmamaq üçün xəbərlərimizi izləyin.

Mənbə: https://starwalk.space/en/news/the-full-corn-moon?utm_source=native&utm_medium=the-full-corn-moon&utm_campaign=share