Qamma Şüa Teleskopları

Orbitə yerləşdirildiyi 1991-ci ildən orbitdən çıxarıldığı 2000-ci ilə qədər Kompton Qamma Şüa Teleskopu, Günəş parıltısından supernova partlamalarına və maddə ötürülməsini icra edən ulduz kütləli qara dəliklərə qədər bir çox növdəki cisimlər haqqında yüksək ixtisaslı məlumatlar əldə edilməsini təmin edilmişdir. Kompton Rəsədxanası daha əvvəlki missiyaların ortaya çıxardığı diqqət çəkən sualların bəzilərini cavablamaq və gözlənməyən şeyləri müşahidə etmək üçün qamma şüa kosmosunu xəritələmək üçün dizayn edilmişdir. Ən vacib detallarından biri, qamma şüa partlaması olduğunu göstərən mənbələrin səmada kosmik bir populyasiya ilə əsaslı bir şəkildə dağılmış olması idi.

Kompton teleskopu Space Shuttle tərəfindən orbitə buraxıldı, 1991-ci il

Komton Qamma şüa Rəsədxanası (CGRO) peykinin Enerjili Qamma Şüa Təcrübə Teleskopu (EGRET) tərəfindən müşahidə edilən 100MeV üzərindəki enerjilərdə səmanın görünüşü (1991-2000)

Komton Qamma şüa Rəsədxanası (CGRO) peykinin Enerjili Qamma Şüa Təcrübə Teleskopu (EGRET) tərəfindən müşahidə edilən 100MeV üzərindəki enerjilərdə səmanın görünüşü (1991-2000)

2002-ci ilin oktyabrinda orbitə yerləşdirilən İNTEGRAL (The İnternational Gamma-ray Astrophysics Laboratory – Beynəlxalq Qamma Şüa Astrofizika Laboratoriyası), ESA, NASA və Rusiyanın ortaq tədqiqatıdır. İNTEQRAL özündə dörd elmi vasitə daşıyır: bir ədəd göstərici (qamma şüa mənbələrinin kəskin şəkillərini verir), bir spektroskop (qamma şüa enerjilərini ölçür), bir Rentgen izləyici və bir optik kamera (mənbələri aşkar etmək üçün). Dörd cihazın hamısı səmadakı eyni sahəni eyni anda müşahidə edir və beləcə qamma şüa mənbələrinin açıq-aydın aşkar edilməsini təmin edir. İNTEGRAL supernova partlamaları və qara dəliklər ilə neytron ulduzları kimi kompakt cisimlərin son dərəcə enerjili təbiəti haqqındakı anlayışlarımıza mühim töhfələr vermişdir.

INTEQRAL

Orbitə 2008-ci ildə yerləşdirilən Fermi Qamma Teleskopu NASA ABŞ Enerji Nazirliyi və Yaponiya ilə Avropadakı təşkilatlar arasındakı beynəlxalq bir ortaqlığın nəticəsidir. Qamma şüa partlamalarını qaranlıq maddənin tərkibini və qara dəliklərdəki yüksək sürətli xaricə olan axımların (jetlər) səbəbi olan sürətləndirmə mexanizmini araşdırmaqdadır.

Fermi Qamma şüa teleskopu, NASA
Fermi Qamma şüa teleskopu tərəfindən 5 il davam edən müşahidədə toplanan 1GeV-dan yuxarı enerjilərdə səmanın tədqiqi (2009-2013)

Mənbə:
https://en.wikipedia.org/wiki/Gamma-ray_astronomy
https://www.nasa.gov/content/fermi/overview
https://heasarc.gsfc.nasa.gov/docs/integral/integral.html
https://www.cosmos.esa.int/web/integral