Özəl şirkət SpaceX kosmosda yeni dövrü başlatdı!

Kosmos tarixində bir ilk, bu ilin 30 may tarixində ilk dəfə özəl bir şirkət kosmosa astronavtlar göndərdi və bu sayədə ABŞ nəhayət 9 il sonra öz torpaqlarından kosmosa astronavt göndərə bildi.
27 May tarixli ilk uçuş cəhdi hava şərtləri səbəbindən təxirə salınmışdı ancaq 2-ci cəhddə bu uçuş reallaşdırıla bildi. Uçuş Kennedy kosmik stansiyasından həyata keçirildi.

SpaceX özəl şirkətinin CEO-su Elon Musk NASA-nın direktoru Jim Bridenstine ilə uçuşdan əvvəl bu açıqlamanı etmişdi:
“Geyim istədiyiniz kimi olsun deyə çoxlu təkrarlar etdik və möhtəşəm görünməsini istədik. Burada əsas məsələ uşaqların bir gün bu formanı geyinmək istədiklərini söyləmələri üçün ilham vermək istəyirik: “Bir astronavt olmaq istəyirəm, kosmos mühəndisliyi üzrə işləmək istəyirəm. Kosmik uçuşu inkişaf etdirmək istəyirəm”. Bu kosmos geyimini geyinmək istəyirlər və onları bu mövzuda təşvik edirik. Məncə bugün kosmos xəyalını yenidən alovlandırmaq və insanları gələcəklə bağlı təşvik etməklə bağlıdır.

SpaceX missiyasındakı Roketin iki hissəsi var: bunlardan biri Falcon9 və ya Falcon Heawy adlandırılan roketlərdir. Bunlar ikisi də müxtəlif tonlarda yük daşıma qabiliyyətinə malikdir. Digəri isə Crew Dragon, yəni insanlı modullardır.

Dragon modulları ilə 2 astronavt -Douglas Hurley və Robert Behnken ilkin mərhələdə sınaq məqsədilə göndərildilər. Bundan 1 il öncə (2 mart 2019-da) bir başqa uçuşla- Crew Dragon Demo1 uçuşu ilə Beynəlxalq Kosmik Staniyaya eyni formalı bir uçuş gerçəkləşdirildi. O zaman içində astronavtlar yox, ərzaqlar var idi. Həmin vaxt birləşmə adlandırdığımız hadisə gerçəkləşdirildi və astronomlar içindən ərzaqları aldılar.

500km yüksəklikdəki Beynəlxalq Kosmik Stansiyaya (bundan sonra BKS) uçuş 19saata gerçəkləşməli idi. Düzgün birləşmənin gerçəkləşməsi üçün roketin düzgün zaman aralığında atılması çox mühimdir. BKS dünyanın ətrafında 90 dəqiqədə bir dövr edir və onu tuta bilmək üçün Dragon ona yanaşacaq və birləşmək üçün doğru bucaq altında doğru sürətlə yaxınlaşmalı idi. Bu həqiqətən də çox çətin bir prosesdir. Lakin hər şey gözlənildiyi kimi qaydasında həyata keçirildi.

Bu uçuşun gerçəkləşməsi Amerika üçün çox mühim idi. Çünki illər sonra ABŞ öz torpaqlarından öz özəl şirkəti ilə kosmosa astronavt göndərə biləcəkdi. 2011 ilindən bəri Amerika öz astronavtlarını kosmosa göndərə bilmirdi. Bunun üçün ruslardan bilet satın alırdı və sadəcə bir astronavtını kosmosa göndərmək üçün 80milyon dollar ödəməli olurdu. ABŞ bundan sonra Rus raketlərinə bağlı olmaqdan qurtulacaq.

Bu missiyaları inkişaf etdirə bilməsi üçün NASA SpaceX özəl şirkətinə 3milyard dollar vermişdi.

2016-ci il sentyabrın 1-də Falcon 9 roketi sınaq testi zamanı partlamışdı.

SpaceX şirkəti zamanla bu işdə özünü inkişaf etdirdi və isbatladı. Yenidən istifadə oluna bilən kosmik roketlər inşa etdi. Bu missiyada da istifadə olunan insanlı uçuşun roket sistemi olan Falcon 9 Dünyaya geri döndü və əvvəlcədən müəyyən olunan sahəyə uğurla endirildi. Bununla da o roket yenidən istifadə oluna biləcək. Bu əlbəttə ki, ciddi miqdarda pul və vaxt itkisinin qarşısını aldı.

Həmçinin Dragon modulunu da təkrar-təkrar istifadə etmək mümkün olacaq. Normalda da bu modullar təkrarən istifadə olunurdu, lakin SpaceX-in yaratdığı modulların içərisində istifadə olunan ekranlar, sensor sistemləri, əlaqə sistemləri və s. çox sürətlə inkişaf etmiş formadadı. SpaceX cihazının içərisi 7 nəfərlik olduğu üçün içərisində daha rahat hərəkət edə bilməkləri məqsədilə rahat geyimlər dizayn edilib. Bu geyimlər təkcə görünüşcə dəbə uyğunluğu ilə deyil, həmçinin içində təzyiq doldurulan havaların olduğu geyimlərdir və oturacağa birləşərək onunla əlaqəli olan sistemlərlə dizayn edilmişdir.

Bu missiya ticarət şirkətlərinin də kosmik uçuşlarda yer almasının başlanğıcı oldu. Bununla bağlı gələcək məqalələrimizdə ətraflı məlumat olacaqdır.

Mənbələr:
https://www.spacex.com/updates/crew-demo-2-mission-update-5-30-2020/
https://www.spacex.com/launches/
https://www.spacex.com/vehicles/falcon-9/
https://www.spacex.com/vehicles/dragon/
https://blogs.nasa.gov/kennedy/tag/spacex/