Niyə qara dəliklərin yaxınlığında buludlar yaranır?

Dünyanın əzəmətli səmalarını tərk etdikdən sonra “bulud” sözü artıq yağış yaradan ağ qabarıq görünüşlü bir quruluş mənasına gəlmir. Bunun əvəzinə, daha böyük kainatdakı buludlar, ətrafdakılara nisbətən daha çox sıxlığa sahib olan topalardır. Kosmik teleskoplar bu kosmik buludları, 100.000-dən çox Günəş kütləsinə bərabər kütlələrə sahib, heç bir işığın qaça bilmədiyi sirli sıx cisimlər olan supermassiv qara dəliklərin yaxınlığında müşahidə etdilər. Təxminən hər qalaktikada supermassiv qara dəlik var və ətrafından çox miqdarda qaz və toz toplayırsa “aktiv qalaktik nüvə” (AGN- Active galactic nucleus) adlanır. Ən parlaq AGN növünə “kvazar” deyilir. Qara dəliyin özünü görmək mümkün olmasa da, hadisə üfüqünə, geri dönmə nöqtəsinə yaxınlaşdıqca ətrafı son dərəcə parlaq şəkildə parıldayır.

Amma qara dəliklər həqiqətdə tozsoranlara bənzəmir: onlar sadəcə çox yaxınlaşan hər şeyi udmur. Qara bir dəliyin ətrafındakı bəzi maddələr birbaşa içəri düşəcək və bir daha əsla görülməyəcək olsa da, yaxınlıqdakı qazın bir hissəsi bayıra atılaraq, min illər boyu genişlənən bir qabıq yaradacaqdır. Buna səbəb hadisə üfüqünün yaxınlığındakı ərazinin olduqca enerjili olmasıdır. Qara dəliyin ətrafında sürətlə hərəkət edən hissəciklərdən gələn yüksək enerjili radiasiya, kosmosun genişliyinə mühüm miqdarda qaz axını göndərə bilir, alimlər qazın bu axınının əngəlsiz olacağını gözləyirdilər. Bunun əvəzinə, qara dəlikdən bir parsek (yəni, 3,3 işıq ili) kənara uzanır. Hər bulud kiçik başlıyır, lakin genişliyi 1 parsekdən çox ola bilir- hətta Yer və Günəşin yaxınlığında olan Proxima Sentavr (Sentavr bürcü bölgəsində G-buludu içində Günəşdən 4,24 işıq ili uzaqlıqda yerləşən qırmızı cırtdandır) arasındakı məsafəni də əhatə edə bilir. Las Veqas Nevada Universitetindən astrofizik Daniel Proga bu yığınları, yeni tıxac axınını tənzimləmək üçün hazırlanmış işıqforlar ilə birlikdə magistral yolda gözləyən maşın qruplarına bənzədir.

Dərin kosmosda olan bu yığınları nə izah edir? Proga və həmkarları, doktorant Randall Dannenin rəhbərliyi altında “Astrophysical Journal Letters”də dərc olunan bu sirrin mümkün həllini təqdim edən yeni bir komputer modelinə sahibdirlər. Elm adamları supermassiv qara dəlik yaxınlığında həddən artıq güclü istiliyin, qazın çox sürətlə xaricə axmasına icazə verə biləciyini, lakin eyni zamanda yığım yaranmasına səbəb ola biləcəyini göstərir. Qaz çox tez sürətlənərsə, yığımlar əmələ gətirəcək qədər soyumayacaqdır. Komputer modeli bu faktorları nəzərə alaraq, yığılmağa imkan verən bir mexanizm təklif edir. Proga “Qabığın xarici kənarında qaz sıxlığını əvvəlkindən biraz daha aşağı edən bir qarışıqlıq var. Bu qazı çox səmərəli şəkildə qızdırır. Soyuq qaz bununla xaricə çıxır”-dedi. Bu fenomen bir şəkildə isti hava balonlarının üzməsini təmin edən qaldırma qüvvəsinə bənzəyir. Balonun içərisindəki qızdırılan hava xaricdəki soyuq havadan daha yüngüldür və bu sıxlıq fərqi şarın yüksəlməsinə səbəb olur. “Buludların ilk növbədə necə meydana gəlməsi xüsusiyyətləri ilə çox da maraqlanmırdılar və bizim işimiz bu buludların yaranması üçün potensial bir izahat təqdim edir”- Darren dedi. Bu model onu bəsləyən qara dəliyin ətrafında dönən materialın diskinə deyil, yalnız qaz qabığına baxır. Tədqiqatçıların sonrakı addımı, qaz axınının diskin özündən qaynaqlanıb-qaynaqlanmadığını araşdırmaqdır. Ayrıca bəzi buludların niyə həddindən artıq sürətlə hərəkət etməsi, saatda 20 milyon mil (saniyədə 10.000 km) sürətinin sirriylə maraqlanırlar. Aktiv qalaktik nüvələrin fizikasında vacib bir mövzuya toxunan bu tədqiqat NASA-nın qrantı ilə dəstəklənir.

İstinad:
https://www.nasa.gov/feature/why-clouds-form-near-black-holes
https://www.nasa.gov/black-holes