Naviqasiya keçmişdən bugünə

Buludsuz gecədə dünyanın hansı yerindən baxırsınızsa baxın təxminən 6000 ədəd ulduz görünür. Təbii ki, böyük məskunlaşmaların olduğu şəhərlərdə bu say daha da azalır. Çünki işıq kirliliyi səmanı aydın müşahidə etməyimizə mane olur. Biz astrofiziklərin ulduzları teleskopla müşahidə edərkən Rəsədxanalarda işıq yandırmamağımızın səbəbi məhz budur. Bir işıq lampası belə müşahidənin keyfiyyətini kifayət qədər aşağı sala bilir. Bugün ulduzlar haqqında sadəcə astrofiziklərin və astrofizikaya marağı olanların məlumatı var. Lakin tarix boyu ulduzlar böyük maraqla öyrənilən və insanlar tərəfindən bizim indiki naviqasiya sistemimizlə eyni vəzifəni icra edən vasitələr olub.

Keçmişdə ulduzların nə olduğu ilə bağlı bir çox maraqlı fikirlər olub. Məsələn, yunanlar bürc ulduzlarını canlı ilahi varlıqlar olaraq görürdülər. Bununla da, Tanrının uzun zaman əvvəl edilən bəzi böyük işlərə görə ulduzların yeri ilə mükafatlandırıldığını düşünürdülər.

Şimalı Amerikada yaşayan Paiute qəbiləsinə görə, ulduzlar Ata Günəş və Ana Ayın uşaqlarıdır. Onlar hərgün Günəşin işığıyla enir və Ayın sevgisilə həyata geri dönürlər.

Çin mifologiyasında bəzi ulduzlar gerçək insanları təmsil edirdi. 1-ci Jin Yu – buludları örtən qız, digəri Nu Lang -Göylərin sığırlarını güdən çoban, bu ikisi bir-birlərini sevirdilər, bu səbəbdən Tanrılar onları Süd yolunun hər iki tərəfində yerləşdirdilər. Onlara ildə sadəcə bir dəfə, 7-ci ayın 7-ci günündə bu iki sevgilinin görüşməyinə icazə verilirdi və göyüzündəki quşlar Samanyolunun qarşısında bir körpü düzəldəcək və onları qovuşduracaqdı.

Sibirin Yaqut qəbiləsi üçün ulduzlar Tanrılar tərəfindən Dünyanı izləmək üçün istifadə olunan kristal linzalar idi. Orta Asiyadakı Türklər üçün göy üzü böyük bir çadır idi, ulduzlar isə sadəcə onun içindəki kiçik parçalar idi.

İndi bilirik ki, bütün bu hekayələr yanlışdır. Və əslində ulduzlar milyardlarca mil uzaqlıqdakı nüvə birləşmə prosesindən parlayan nəhəng qaz buludlarıdır. Lakin ulduzların bu qədim anlayışlarından biri günümüzə qədər qalır. Xeyir xeyir, bu bürc şərhləri deyil, naviqasiyadır. Qədimdə səyyahlar, modern dənizçilər, pilotlar səyahət etmək və yeni torpaqlar kəşf etmək üçün ulduzlardan istifadə edirdi. Bəs bunu necə bacarırdılar?

Ulduzlardan istifadə edərək itmədən necə gəzə bilərsiniz?

Ulduzların heç də hamısının səmadakı mövqeyi stabil deyildir. Uzun səyahətlər üçün onların yönündən istifadə etmək riskli ola bilərdi. Eyni problem Günəş və Ayda naviqasiya üçün də mövcuddur. Fəsillərin dünyanın müxtəlif yerlərində fərqli olması səbəbindən, Günəşin həqiqi şərqdə doğulduğu və ya həqiqi qərbdə battığı nadirdir. Bu sadəcə ekinokslarda, yəni gecə-gündüz bərabərliyində ekvatorda ildə 2 dəfə gerçəkləşir (21 Marta və 21sentyabrda).

Bir şeyi də qeyd edim ki, naviqasiya üçün istifadə olunan ulduzlar şimal və ya cənubda hansı yarım kürədə olduğunuza bağlı olaraq dəyişir. Çünki şimal yarım kürəsindəki ulduzlar cənub yarımkürəsindən və digər istiqamətdən görülə bilməz. Əvvəlcə bunları bilərək əsas mövzuya girək.

İlk olaraq şimal yarımkürəsində naviqasiya üçün ən çox bilinən ulduz – Polaris, Şimal ulduzu və ya Qütb ulduzu adlanan ulduza baxaq. Polaris şimal qütbünün ən təpə hissəsində olduğu üçün digər ulduzlar ətrafında dönərkən, göy üzündə haradasa heç hərəkət etmir. Qütb ulduzunu tapmaq olduqca asandır. Kiçik ayı bürc ulduzundakı ən parlaq ulduz Kiçik çömçə və ya Kiçik ayı ulduzudur (əlbəttə ayıdan çox çömçəyə oxşayır). Polaris çömçənin sapındakı ən sonuncu ulduzdur. Təsbit etmək çətindirsə onda Böyük ayı bürcünü asanlıqla tapa bilərik. Böyük çömçəni tapdıqdan sonra, Dubhe və Merak adlı ulduzlardan istifadə edə bilərsiniz. Həmin ulduzlardan Polarisə qədər düzxət çəkin. Fərz edək ki, şanssız günümüzdəyik və buludlar Polarisi bağlayıb, ancaq Böyük Çömçəni görə biliriksə Polarisin Dubhe və Merak arasındakı məsafənin təxmini 5 dəfə uzunluğuna bərabər olduğunu bilirik. Həmçinin Polaris hərəkətsiz qalarkən Böyük çömçə digər ulduzlar kimi hərəkət edir və bəzən üfüqdəki dağlar və ağaclar tərəfindən görünməyə bilər. Bu səbəbdən Polarisi yüksək hündürlüyü olan yerdə axtarmaq ən yaxşısıdır.

İndi gəlin cənuba gedək. Cənub səmasında qütb ulduzunu tapıb tam əksi istiqamətində seyr edə bilərikmi? Cavab xeyir. Gəmimizi hədəfləmək üçün bir nöqtə olmadan doğru yöndə yelkən açdığımızdan əmin olmanın gerçək bir yolu yoxdur. Bunun yerinə cənub yarımkürəsində başqa bir bürc ulduzu Orionu tapmalıyıq. İlk baxışda səmada birşeyə bənzədə bilmədinizsə narahat olmayın, bunun üçün də asan bir üsulumuz var. Bilməniz lazım olan şey Orionun kəməridir. Bu 3 ulduz düz bir xətlə birləşir: Alnitak, Alnilam, Mintaka. Mintaka daha sonra təkrar ortaya çıxır, bu səbəbdən xatırlamağa çalışın. Amma buradan Orionun qılıncını tapmaq lazım gələcək. Qaranlıq, bulanıq və parlaq bir ulduzdan ibarət bu 3 ulduz. Bu bulanıq ulduz əslində bir ulduz deyil, yeni ulduzların etdiyi Orion buludu adında böyük bir qaz bulududur. Bu qılıncın istiqamətini üfüqə doğru izləsəniz bu nöqtə cənuba aparmalıdır.

İndi cənub yarımkürəsindəyik və burada işlər biraz daha çətinləşməyə başlayır. Ancaq dünya okeanlarının çoxunun cənub yarımkürəsində olduğu düşünüldüyündə hələ öyrənməyə dəyər. Burada Polarisdən dərhal sonra istiqamətlər üçün ulduzdan istifadə etməyin ən məşhur 2-ci üsulunu tapacağıq. Avstraliya, Kivi, Papua-Yeni Qvineya, Braziliya və ya Samoa adasında isəniz, ehimal ki bunu onsuzda bilirsiniz. Söhbət Crux olaraq da bilinən Cənub Xaçından gedir. Bəzən bunu göyüzündə tapmaq biraz çətin olabilir. Haradasa bütün ulduzları bu cür xaça bənzətmək olar. Lakin doğru xaçı tapmağın bir yolu var. Cruxın yanında hər zaman 2 parlaq ulduz olacaqdır, onlar bəzən Cruxın özündən daha asan görüləbiləcək. Bunlara İşarəçi ulduzlar deyilir və daha sonra yenə ehtiyacımız olacaq.

İşarəçi ulduzlar hər zaman Cruxa işarə edir. Crux və işarələri tapdıqdan sonra cruxun üst və alt ulduzlarından istifadə edərək xaçın altından xəyali bir xətt çəkin. Sonra işarə ulduzlarının ortasından həmin xəttə bir xətt daha çəkin. Bu 2 xəttin birləşdiyi yer cənubdur. Bu səbəbdən oradan üfüqə doğru bir xətt çəkin və bu 100% dəqiqlikdə cənub olmasa da ən yaxşı haldır.

Təəssüf ki, Polaris tərəfindən cənub yarımkürəsində Şimalı tapmağın yaxşı bir yolu yoxdur. Ancaq ilin hər hansı bir zamanında hər iki yarımkürədə də istifadə edə biləcəyiniz bir neçə püf nöqtəsi var.

Ekvatorun yaxınlığındasınızsa, şərq və qərbi bilməlisiniz, yenə Orionun kəmərini tapmağınız lazımdır. Əvvəlcə önə gələn ulduz yəni horizounun üzərinə çıxacaq bir ulduz- xatırladınızsa bu ulduz Mintaka idi. Üfüqdə yüksələn nöqtə hər zaman həqiqi şərqdir və sonra dünyanın istənilən yerində olursunuzsa olun, daha asan bir yolu var. İlk olaraq 2 çubuq alın və onları torpağa bir metr məsafə ilə yerləşdirin. Sonra səmada bir ulduz seçin və özünüzə görə çubuqları düzün. Parlaq bir ulduz seçmək sizin üçün izləməsi daha asan olacaqdır. Bu vaxt yeganə etməli olduğunuz şey ulduzun 2 çubuqla olan düzülüşdən çıxmağını gözləməkdir. Hansı istiqamətə hərəkət etdiyinə bağlı olaraq 1 ya 2 detal biləcəksiniz. Ulduz yüksələrsə, Şərq ilə qarşı-qarşıya qalmisiniz deməkdir. Ulduz batırsa deməli qərbə tərəfsiniz. Sol tərəfə yönəlirsə şimala baxırsınız və əgər sağa gedirsə cənuba baxırsınız. Əgər çarpaz olaraq sola doğru yüksəlirsə, o zaman Şimal-qərbə yönəlmisiniz deməkdir.

Beləliklə, Astrofizik olub-olmamağınızdan asılı olmayaraq, ulduzların mövqeyini bilərək asanlıqla istiqamətinizi tapa bilərsiniz. Telefonumda naviqasiya sistemi var və buna ehtiyacım yoxdur dediyinizi eşidən kimiyəm. Telefonun internet sistemi offline ola və ya batereya ömrü bitə bilər, amma ulduzlar hər zaman ordadır və uzun zaman da orada olacaqlar.

Mənbələr:

https://en.wikipedia.org/wiki/History_of_navigation
Bowditch, LL.D., Nathaniel (2002) [1802]. “15: Navigational Astronomy”. The American Practical Navigator: An Epitome of Navigation (PDF). Bethesda, MD: National Imagery and Mapping Agency. ISBN 0-939837-54-4. Retrieved 2016-09-20.