NASA 30 iyul ictimaiyyəti Mars 2020 Persversance Roverin uçuş həyəcanını bölüşməyə dəvət edir!

30 İyul cümə axşamı, 7:50 a.m. EDT-də, yəni yerli vaxtla 15:50-də hədəflənən “Mars 2020 Persversance rover”in uçuşu, Birləşmiş Uçuş İttifaqı Atlas V raketində, Florida ştatındakı Cape Canaveral Hava Qüvvələri Stansiyasındakı Kosmik Uçuş Kompleksi 41-dən baş tutacaqdır. NASA, Mars 2020 Persversance roverinin başlaması ərəfəsində ictimaiyyəti virtual fəaliyyətlərdə və tədbirlərdə iştirak etməyə dəvət edir.

NASA’nın kosmik missiyalarındakı cihazları tələbələr adlandırır və bir çox alternativlər içindən ən bəyənilən 2 ad: “Perseverance” və “İngenuity” adları çox bəyənilmiş və dilimizdə “əzm, dözümlülük, dəyanət” və “qabiliyyət, bacarıq” mənalarını ifadə edən bu adlar uyğun olaraq roverə və vertolyota verilmişdir.

Persversance NASA-nın Marsın qədim mikrobik həyatının astrobioloji sübutlarını axtarmaq üçün hazırlanmış ən yeni Qırmızı Planet roveridir. Astrobiologiya Kainatda həyatın meydana gəlməsi və təkamülünə səbəb olan geokimyəvi və biokimyəvi təsirləri, onların müddətlərini öyrənən elmlərarası inteqrasiyada olan bir elm sahəsidir.

Rover yeddi aylıq səyahətdən sonra, 18 fevral, 2021-ci ildə Jezero Crater-ə enəcək. Orada Persversance rover daha sonra Yerə gətirmək üçün qaya və torpaq nümunələri toplayacaqdır. Həmçinin planetin iqlimi və geologiyasını xarakterizə edəcək və Qırmızı Planetin insanlı araşdırmalarına da yol açacaqdır. 2,300 funt (1,043 kiloqram) ağırlığında olan robot alimi, başqa bir planetdə güclü idarə olunan uçuşla, ilk cəhdini göstərəcək texnologiya nümayişi olan Ingenuity Mars Vertolyotu daşıyacaq.

Bəs bu missiya zamanı MARS-a kimlərin adı gedəcək?

Bu dəfə 10 932 295 nəfərin adı Marsa gedəcək. Azərbaycandan isə 37 818 nəfər qeydiyyatdan keçib. Marsa ən çox adını göndərəcək olan ölkə isə 2 528 844 nəfər ilə Türkiyədi. Bu dəfə qeydiyyatdan keçməmisinizsə təəssüflənməyin, çünki 2022-ci ildə həyata keçiriləcəyi növbəti Marsa gediş missiyası üçün artıq qeydiyyat başlamışdır. Aşağıda qeyd etdiyim qeydiyyat linkindən istifadə edərək adınızı növbəti missiya üçün yazdıra bilərsiniz!

Hazırda iyul ayının ortalarından Avqust ayının ortalarına qədər Mars Yerə ən yaxın olduğu mövqedədir. Bu iki planet belə yaxın mövqeyə 2 ildə bir gəlir. Bu qısa müddət ərzində Marsa gedişlə bağlı dörd müxtəlif missiya həyata keçirilməsi planlaşdırılır. Bunlara aşağıdakı missiyalar aiddir:

Birləşmiş Ərəb Əmirliyinin “Hope Mars Missiyası”

Çinin 3 müxtəlif cihazla hazırladığı missiyası

Rus kosmik agentiliyinin Roscosmos ve Avropa Kosmik Agentliyi ESA ilə birgə missiyası

NASA’nın “Mars 2020 Persversance Rover” missiyası

Mənbələr:

https://mars.nasa.gov/participate/send-your-name/future/
https://www.nasa.gov/