Kosmonavtlar kimdir?

Mövzumuza başlamamışdan qabaq kosmos və kosmonavt anlayışları ilə yaxından tanış olaq. Kosmos-yunan sözü olub “aləm” mənasını verir. İlk dəfə bu sözü Pifaqor işlətmişdir. Müasir ədəbiyyatda isə XIX əsrdə coğrafiyaşünas alim Aleksandr Von Humboldt özünün 5 cildlik “Kosmos” əsərində istifadə etmişdir.

Astronavt, kosmik dənizçi və ya kosmonavt – bir kosmik gəminin komandiri, pilotu və ya ekipaj üzvü kimi xidmət etmək üçün kosmos uçuşu proqramı tərəfindən hazırlanmış bir şəxsdir. Astronavt və
kosmonavt sözlərinin mahiyyəti barəsində növbəti məqaləmizdə söhbət açılacaq.

2002-ci ilə qədər astronavtlar yalnız hökumətlər tərəfindən ya hərbi, ya da mülki kosmik agentliklər tərəfindən maliyyələşdirilirdi. 2004-cü ildə ABŞ – da Kaliforniya əyalətində özəl maliyyələşdirilən “SpaceShipOne” şirkəti suborbital uçuşu ilə yeni bir astronavt kateqoriyası yaratdı: kommersiya astronavtı.

Ümiyyətlə, kosmik uçuş anlayışı ölkələrə görə fərqlənir. Beynəlxalq Aeronavtika Federasiyasının (FAİ) təsnifatına görə yüksəkliyi 100 km-dən (62 mil), ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) təsnifatına görə isə yüksəkliyi 50 mildən (80 km 467 m) artıq olan uçuşlar kosmik uçuş adlanır. Rusiyada yalnız orbital uçuşlar, yəni kosmik aparatın Yerin ətrafında ən azı bir tam dövr etdiyi uçuş kosmik uçuş hesab edilir. Bu səbəbdən, müxtəlif mənbələrdə kosmonavtların ümumi sayı bir-birindən fərqlənir.

17 Noyabr 2016 tarixinə qədər 36 ölkədən cəmi 552 adam 100 km (62 mil) və daha çox yüksəkdə, 558 nəfər 80 km (50 mil) kosmik uçuşda olub. Kosmik səyahətçilər kosmosda ümumilikdə 41.790 gün (114.5 il) vaxt keçirmişdir. Kosmonavtlar arasında kosmosda ən çox olan Gennadi Padalka (879 gün), qadınlardan isə Peggy A. Uitsondur (377 gün).

Gennadi İvanoviç Padalka Hərbi Hava Qüvvələrinin polkovniki 21 iyun 1958 ci ildə Rusiyanın Krasnodar vilayətində anadan olub. Kosmosda olmağın ümumi müddəti baxımından dünyada birinci yerdədir-879 gün.

Peggy Annette Uitson 9 fevral 1960 – cı ildə Amerikada Ayova ştatında anadan olub. O, Amerika biokimya tədqiqatçısı və təqaüdə çıxmış NASA astronavtıdır. O kosmosda ümumilikdə 665 gün keçirən yeganə NASA qadın astronavtı olaraq rekordu əlində saxlayır. Uitson həmçinin NASA-da Baş Astronavt kimi xidmət edərək tarixə keçən ilk komandir qadındır.

https://en.wikipedia.org/wiki/Peggy_Whitson
https://en.wikipedia.org/wiki/Gennady_Padalka
https://en.wikipedia.org/wiki/Astronaut
https://www.nasa.gov/astronauts/biographies/peggy-a-whitson/biography