GALEX Ultrabənövşəyi Teleskopu Kainatı müşahidə edir

NASA-nın 2003-cü ildə orbitə yerləşdirilən Qalaktika Təkamülü Kəşfiyyatı GALEX (Galaxy Evolution Explorer) qalaktikaları ultrabənövşəyi işıqda (130 – 300 nm) müşahidə edən 0,5 m-lik bir kosmik teleskopdur. GALEX ilk qalaktikaların necə təkamül keçirdiyinə aid ipucları axtarmaqda və kainatımızın ilk mərhələsi boyunca ulduz əmələ gəlməsinin səbəblərini araşdırmaqdadır. M101 qalaktikası kimi bir qalaktikadakı ulduz əmələgəlməsinin və təkamülünün izlərini necə axtaracağımızı göstərir.

Qalaktikaların necə meydana gəldiyini anlamaq Galaxy Evolution Explorer-in (GALEX) əsas vəzifəsidir. 28 aprel 2003-cü ildə Cape Canaveral Hava Qüvvələri stansiyasından Pegasus XL raketi ilə buraxılan GALEX, NASA-nın “Kainatın Quruluşu və Təkamülü” missiyasının bir hissəsidir.

Bir çox elmi yeniliyi gerçəkləşdirən Kaliforniya Texnologiya İnstitutu qrupunun rəhbərlik etdiyi GALEX, ən son texnologiya ilə ultrabənövşəyi detektorlar və məlumat toplama texnologiyasından istifadə edərək qalaktikaları müşahidə edir.

Hubble Kosmik Teleskopunun və hələ orbitə yerləşdirilməmiş digər teleskoplar tərəfindən toplanan məlumatları tamamlayan GALEX, kiçik bir kəşfiyyatçı sinif missiyası olaraq qəbul edilir və nisbətən ucuz hesab olunur. Alimlər onun inkişaf etmiş texnologiyası ilə Süd yolu qalaktikasını təşkil edən elementləri anlamağı ümid edirlər.

GALEX, 29 ay ərzində Yerdən 6590 kilometr (428 mil) yüksəklikdə orbitdə dövr edir və aktiv şəkildə yeni ulduzlar yaradan qalaktikaları ayırmaq üçün proqramlaşdırılmışdır.

GALEX konsepsiyası Hubble Kosmik Teleskopundan iki dəfə çox bir görünüş sahəsi ilə, GALEX ilə ötürülən təsvirlər astronomların bütün səmanı müşahidə etməsinə və yüz minlərlə qalaktikanı araşdırmasına imkan verəcəkdir. GALEX milyardlarla il Kainat tarixinin içinə girərək yeni kəşflər üçün araşdırmağa davam edəcəkdir.

Mənbə:
https://www.nasa.gov/missions/deepspace/galex_mission.html
https://www.nasa.gov/mission_pages/galex/index.html
http://www.galex.caltech.edu/index.html
https://en.wikipedia.org/wiki/GALEX