Kosmik parlaq bir körpə kəşf olunub


Astronomlar digər insanlardan fərqli olaraq zaman anlayışına başqa gözlə nəzər yetirirlər. Milyonlar və ya milyardlarla il əvvəl baş verən hadisələri, uzun müddətdir mövcud olan cisimləri araşdırırlar. Swift J1818.0-1607 olaraq bilinən yeni kəşf edilən neytron ulduzunun diqqət çəkməsinin bir səbəbi budur: “Astrophysical Journal Letters” jurnalındakı yeni bir araşdırma, kosmik standartlara görə gerçək bir yeni doğan (təxminən 240 yaşında) olduğunu təxmin edir. NASA-nın Neil Gehrels Swift Rəsədxanası martın 12-sində böyük bir rentgen şüası partlamasıyla gənc obyekti gördü. Avropa kosmik agentliyinin XMM-Nyuton Rəsədxanası və NASA-nın Caltech liderliyində və agentliyin Jet Propulsion tərəfindən idarə olunan NuSTAR teleskopu tərəfindən aparılan tədqiqatlar, neytron ulduzunun yaşını təxmin etmək üçün istifadə edilənlər də daxil olmaqla, fiziki xüsusiyyətlərinin daha çoxunu üzə çıxartdı.

Neytron ulduz kütləvi bir ulduzun supernovaya çevrilib partlamasından sonra qalan inanılmaz dərəcədə sıx bir ulduz yığınıdır. Əslində, onlar kainatın ən sıx cisimlərindəndir (qara dəliklərdən sonra ikinci): bir çay qaşığı neytron ulduz materialının Yer kürəsində 4 milyard ton ağırlığı olardı. Bir neytron ulduzunun içindəki atomlar o qədər kip şəkildə parçalanır ki, başqa heç bir yerdə tapılmayan şəkildə davranırlar.

Swift J1818.0-1607 Günəşimizin 2 qat kütləsini, 1 trilyon qat daha kiçik bir həcmə sığdırır. Swift J1818.0-1607 Oxatan bürcündə yerləşir və Yerə nisbətən yaxındır – cəmi 16,000 işıq ili uzaqlığındadır. Bir çox elmi model maqnetarların xüsusiyyətlərinin və davranışlarının yaşlandıqca dəyişdiyini və maqnetarların gənckən daha aktiv ola biləcəyini təklif edir. Buna görə yaxınlarda daha gənc nümunə tapmaq, bu modelləri düzəltməyə kömək edəcəkdir.


Missiya haqqında


NuSTAR bu yaxınlarda, 13 iyun 2012-ci il tarixində kosmosda səkkizci ilini qeyd etdi. Caltech liderliyində və NASA-nın Vaşinqtondakı elmi missiya direktorluğu üçün JPL (Jet Propulsion Laboratory) tərəfindən idarə olunan bir kiçik kəşfiyyatçı olan NuSTAR, Danimarka Texniki Universiteti və İtalya Kosmik Agentliyi (ASİ) ilə ortaq inkişaf etdirildi. Kosmik gəmi Virciniya əyalətinin Dulles şəhərində Orbital Sciences Corporasion tərəfindən inşa edilmişdir. NuSTAR-ın missiya əməliyyatları mərkəzi Berkeleydəki Koliforniya Universitetindədir, rəsmi məlumat arxivi isə NASA-nın Yüksək Enerji Astrofizika Elmi Arxiv Araşdırma mərkəzindədir. ASİ missiyanın yer stansiyasını və güzgü arxivini təmin edir. Caltech, NASA üçün JPL-i idarə edir.

Mənbə:

https://www.nasa.gov/feature/jpl/a-cosmic-baby-is-discovered-and-its-brilliant

https://www.nasa.gov/feature/jpl/a-cosmic-baby-is-discovered-and-its-brilliant

https://www.nustar.caltech.edu/