Kosmik geyim haqqında qısa məlumat


Yer kürəsində bizi əhatə edən atmosfer yaşamağımız üçün ətraf mühit şəraitini, nəfəs almağımız üçün havanı, günəş radiasiyasından qorunmanı, istiliyin tənzimlənməsini təmin edir. Bir kosmik kostyum Yer atmosferinin ekoloji şəraitini yenidən yaratmaq üçün hazırlanmışdır.


Kosmik kostyum və ya kosmik geyim – vakuum və temperaturun həddindən artıq sərt olduğu mühitdə bir insanın sağ qalması üçün geyilən bir geyimdir. Kosmik kostyumlar, kabin təzyiqini itirməsi halında təhlükəsizlik tədbirləri olaraq kosmik gəmilərin içərisində geyilir və kosmik gəmidən kənarda görülən işlər üçün də zəruridir. Tam təchiz olunmuş bir kosmik geyim sanki bir nəfərlik kosmik gəmidir. Kosmik geyim kosmonavtlara bir neçə istiqamətdə kömək edir. Kosmosda gəzən kosmonavtlar müxtəlif temperaturlu şəraitlərlə rastlaşırlar. Yer orbitində temperatur həddindən artıq soyuq və isti ola bilər. Kosmosdakı temperatur günəşin harada olduğuna görə çox dəyişir. Günəşin radiasiyasından temperatur 250 ° F (121 ° C) – dən və −387 ° F (−233 ° C) -ə qədər enə bilər. Buna görə bu unikal geyim düzgün izolyasiya və soyutma təmin edir, insan bədənini ölümcül hava şəraitindən, radiasiyadan, gözlərini isə parlaq günəş işığından qoruyur. Bu geyimlər kosmonavtları oksigen və içmək üçün su ilə də təmin edir. Müxtəlif məqsədlər üçün üç növ kosmik kostyumlar mövcuddur: İVA (intravehicular activity yəni daxili fəaliyyət), EVA (extravehicular activity yəni həddən artıq fəalliyyət) və İEVA (intra / extravehicular activity). İVA kostyumları kosmik gəminin daxilində geyilmək üçün nəzərdə tutulur və buna görə də daha yüngül və daha rahatdır. İEVA kostyumları kosmik gəmi içərisində və xaricində istifadə üçün nəzərdə tutulub. Kosmosdakı toz çox təhlükəli görünə bilməz, amma kiçik bir cisim bir güllədən dəfələrlə sürətlə hərəkət edərsə kosmonavt yaralana bilər. Bu geyimlər həmçinin kosmonavtı mikrometeoritlərdən qoruyur.


Kosmosda bir insanın geydiyi ilk kosmik kostyum, 1961 – ci ildə Yuri Qaqarin tərəfindən geyilən Sovet SK – 1 kostyumudur. Maraqlıdır bir kosmik kostyum hansı hissələrdən ibarətdir?


Kosmik kostyumlar bir neçə hissədən ibarət olur. Hard Upper Torso – kosmonavtın sinəsini örtür, qolları əhatə edir və əlcəklərlə bağlanır. Extravehicular Visor Assembly – kosmonavtın görməsinə imkan verən dəbilqə, Lower Torso Assembly – dizlərini və ayaqlarını əhatə edən hissədir. Kostyumun çevik hissələri bir neçə qat materialdan hazırlanmışdır. Ən altda kosmonavtlar Liquid Cooling ( maye soyutma ) və Ventilation Garment (havalandırma paltarı) taxırlar. Bu borular baş, əllər, və ayaqlar istisna olmaqla geyimin bütün hissəsini əhatə edir. Kosmik uçuş zamanı kosmonavtın sərin olmasını təmin etmək üçün bu borulardan su axır. Kostyumun arxa hissəsində Primary Life Support Subsystem ( həyata ilkin yardım alt sistemi ) adlanan bir bel çantası var. Bu bel çantasında kosmonavtların nəfəs aldığı 12 kq maye oksigen var. Həmçinin tənəffüs zamanı karbon qazını da aradan qaldırır. Bu çanta kostyumu elektriklə təmin edir. Kostyumun arxa hissəsinə SAFER adlı bir cihaz quraşdırılıb. SAFER – də kiçik təyyarə var hansı ki, kosmonavt kosmik stansiyadan ayrılıbsa geri uçmaq üçün bundan istifadə edə bilər.
Bu gün NASA astronavtları EMU kostyumları ilə yanaşı digər kosmik geyimlərdən də istifadə edirlər. Advanced Crew Escape Suit – kosmik servisin başlanması və enişi zamanı astronavtların geyindiyi narıncı kostyumdur. Bəzi vaxtlar NASA astronovatları Rusiyanın Orlan kosmik kostyumundan istifadə edirlər. Bu kostyum EMU – nun rus versiyasıdır və kosmik səyahətlər zamanı istifadə edilir. Digər bir rus kostyumu Sokoldur. Advanced Crew Escape Suit kimi, Sokol da kosmik gəminin içərisində istifadə üçün nəzərdə tutulmuşdur. Rus Soyuz kosmik gəmisində istifadə olunur.


Sovet və rus kostyumunun bəzi modelləri:


• SK seriyası (CK) – Vostok programında (1961-1963) istifadə olunub. İlk dəfə kosmosa uçuş zamanı Yuri Qaqarin geyinib.
• Berkut (qızıl qartal) – SK 1 – in təkmilləşdirilmiş forması, 1965 – ci ildə Vosxod 2 ekipaj üzvü Aleksey Leonov geyinib.
• Kreçet – 94 ləvğ edilmiş Ay enişi üçün nəzərdə tutulmuşdur.
• Sokol (şahin) – Soyuz ekipaj üzvlərinin kosmik gəminin işə salınması və yenidən qurulması zamanı geyindiyi kostyumlar. İlk dəfə Soyuz 12 – də istifadə edilib.
• Orlan (dəniz qartalı) – Sovet Ay proqramı üçün hazırlanan Rusiyanın hazırkı EVA kostyumudur. 1977 – ci ildən bu günə qədər istifadə olunur.

Amerika Birləşmiş Ştatlarının bəzi kostyum modelləri:

• Navy Mark IV (yüksək hündürlük / vakuum kostyumu) – Merkuri layihəsində istifadə olunub (1961 – 1963).
• Gemini (əkizlər) kosmik kostyumları (1965 – 1966) – üç əsas variantda hazırlanmışdır: G3C avtomobildaxili istifadə üçün, EVA və avtomobildaxili istifadə üçün xüsusi hazırlanmış G4C və gəminin 7 ekipajının kosmik gəmi içərisində 14 gün ərzində geydiyi xüsusi G5C kostyumu.
• Ləğv edilmiş Mol proqramı üçün MH – 7 kosmik kostyumları.
• Apollo Block I A1C kostyumu ( 1966- 1967 ) – Gemini (əkizlər) kostyumunun yeni versiyası idi, iki Apollo missiyası üçün keçirilən təlimlərdə əsas və ehtiyat qruplar tərəfindən geyilib.
• Apollo/Skylab A7L EVA və Moon (Ay) kostyumları – Blok II Apolla kostyumu on bir Apollo uçuşu, üç Skylab uçuşu və 1968 – 1975 illər arasında Apollo – Soyuz Test Layihəsində ABŞ astronovtları üçün geyilən əsas təzyiq kostyumu idi. Bu kostyum maye ilə soyudulmuş daxili geyim və xarici mikrometeroidlərdən qoruyan ilk nümunə idi.
• Shuttle Ejection Escape Suit STS – 1, 1981 – dən 1982 ilə qədər boşalma oturacaqları ilə istifadə olunan iki nəfərlik heyət tərəfindən istifadə edilmişdir.
• Launch Entry Suit – (1988-1998) STS-26 də ilk dəfə istifadə olunub.
• Advanced Crew Escape Suit və ya ACES kostyumu, bütün Space Shuttle ekipajları tərəfindən uçuşun qalxma və giriş hissələri üçün geyilən tam təzyiqli bir kostyumdur.
• Extravehicular Mobility Unit (EMU) – 1982 – ci ildən bu günə qədər Beynəlxalq Kosmik Stansiyada həm də Space Shuttle – da istifadə edilir. 2019 –cu ildən məhdud formada mövcuddur.
• Orion Crew Survival System (OCSS) MPVC –nin işə salınması və yenidən daxil olması zamanı istifadə ediləcəkdir. Qabaqcıl Crew Escape kostyumundan nümunə kimi istifadə edilmiş lakin, bundan fərqli olaraq daha yüksək təzyiq altında işləməyi bacarır və çiyinləri daha hərəkətlidir.

Mənbə
Link1 Link2