Kiçik toqquşmalar Merkurinin atmosferinə böyük təsir göstərir

Planetimizdəki ən kiçik qonşumuz olan Merkuridə atmosfer deyə biləcəyimiz çox az şey var, amma qəribə bir hava şəraiti nümunəsi də mövcuddur: səhər mikro-meteor yağışları. NASA-nın MESSENGER kosmik aparatının əvvəlcədən dərc edilmiş nəticələri ilə birlikdə (“Merkuri səthi”, “Kosmik ətraf”, “geokimya və dəyişən”), Merkurinin 2011-ci ildən 2015-ci ilə qədər müşahidə etdiyi bir missiya- bəzi kometa növlərinin mikrometeroid adlanan hissəcikləri ilə Merkurinin səthinin bombardman edilməsinə necə təsir etdiyinə dair işıq açdı. Bu araşdırma eyni zamanda bu mikrometeroid yağışlarının Merkurinin ekzosfer adı verilən çox nazik atmosferini necə formalaşdıra biləcəyinə dair yeni məlumatlar verdi. NASA-nın Greenbelt, Marylanddakı Goddard Kosmik Uçuş Mərkəzindən Petr Pokorny, Menelaos Saranatos və Diego Janches tərəfindən aparılan araşdırma, meteor toqquşmaları variasiyalarını simulyasiya edərək, təsirlərin meydana gəldiyi zamanlarda təəccübləndirici modellər ortaya çıxardı. Bu tapıntılar 19 iyun 2017-ci il tarixində “The Astrophysical Journal Letters” də dərc olundu. Pokorny “MESSENGER tərəfindən aparılan müşahidələr, tozun ağırlıqlı olaraq Merkuriyə müəyyən istiqamətdən gəlməli olduğunu göstərdi, buna görə də bunu modellərlə sübut etməyə başladıq”. Bu Merkuriyə meteroid təsirinin ilk belə simulyasıyasıdır. Günəş sistemindəki meteroidləri, xüsusən də kometlərdən əmələ gələnləri simulyasiya etdik və zaman keçdikcə təkamül keçirtməsinə icazə verdik”-dedi. MESSENGER-in daha əvvəlki ultrabənövşəyi və görünən spektrometrinin məlumatlarına əsaslanaraq, bütün gün meteroidin Merkuri planetinin səthinə təsirini aşkar etdi. Bu şəfəq-alatoranlıq asimmetriyası, Merkurinin ili ilə müqayisədə günüdür və Günəş sistemindəki bir çox meteroidin Günəşin ətrafında planetlərin əks istiqamətdə hərəkət etməsi gerçəyinin birləşməsiylə yaradılmışdır. Merkuri çox yavaş fırlandığına görə- bir Merkuri ili ilə müqayisədə hər 58 Dünya günündə bir, Günəş ətrafında sadəcə 88 Dünya günü davam edən tam bir səyahət, planetin sübhdə bir hissəsi, Günəş sisteminin mikrometeroid populyasiyalarından birinin yolunda qeyri-mütənasib bir şəkildə uzun bir zaman keçirir. Retroqrad meteroid adlanan bu populyasiya Günəşin orbitində planetlərin əksi istiqamətində dolanır və parçalanmış uzun müddətli kometalardan parçalara malikdir. Bu retroqrad meteroidlər Günəş sistemimizdəki planet hərəkət yolu axınına qarşı hərəkət edirlər, buna görə də planetlərlə, daha doğrusu Merkuri ilə toqquşmaları eyni istiqamətdə səyahət etdiklərindən daha çox zərbə vururlar. Bu sərt toqquşmalar komandanın Merkuri səthini sarsıdan mikrometeroidlərin mənbəyinin tapılmasına kömək etdi. Asteroidlərdən gələn meteroidlər, müşahidə olunan təsirləri yaratmaq üçün sürətli hərəkət etmirdilər. Yalnız 2 kometdən- Yupiter ailəsi və Halley tipindən yaranan meteroidlər müşahidələri qarşılaşdırmaq üçün uyğun sürətə sahib idi.
Pokorny “Halley tipi komet meteroidlərinin sürəti saatda 224000 mildən çox ola bilər. Asteroidlərdən gələn meteroidlər Merkuriyə yalnız bu sürətin çox kiçik bir hissəsində təsir edə bilər”-dedi.

İstinad:
1. https://www.nasa.gov/feature/goddard/2017/small-collisions-make-big-impact-on-mercury-s-thin-atmosphere
2. https://www.nasa.gov/mission_pages/messenger/main/index.html
3. https://solarsystem.nasa.gov/planets/mercury/overview/
4. https://www.nationalgeographic.com/news/2014/3/140316-mercury-shrinking-planets-nasa-messenger-spacecraft/