Kainatda Yer kürəsinə bənzər başqa planet varmı?

Rəqəmsal səs faylı “Exoplanets” Günəş sistemimizin xaricində öz planetimiz kimi planetləri tapmaq üçün araşdırmalar edir. Orada milyonlarla potensial var və hər gün daha çox şey tapılır.

“Bizimki kimi yeni eksoplanetləri tapma ovu hələ yeni başlamışdır. 1992-ci ildə Günəş sistemimizin xaricində ilk planetlər 2300 işıq ili uzaqlıqdakı pulsar yolu ilə kəşf edildi. Bu biraz qəribə fasilələrlə siqnal verirdi. Bu da orbitdə fırlanan iki dünya olduğunu göstərirdi. İndi bilirik ki, milyonlarla potensial var və daha çox şey tapılır.“ altı bölüm seriyadan ibarət olan “Exoplanets”in aparıcısı Daniel George belə deyir.

George qalaktikaların təcrübəli bələdçisidir. O, Stephen Havking ilə uzaq dünyalar axtarışında, eləcə də NASA və Avropa kosmik agentliyində işləmişdir. Digər tədqiqatçı qonaqları ilə birlikdə, kainatın ölçüsü və içində necə yaşanıla biləcəyi haqqında sualları cavablandırır. Seriyalar eksoplanet elminin hazırki vəziyyətinə maraqlı bir nəzər salır. Optimist olan George orada bir yerlərdə Yer kürəsinə bənzər bir planetin olduğuna inanır. Lakin eksoplanetlər hamısı çox uzaqda olduğu üçün insanların belə bir məkana baş çəkməsiylə bağlı planlar təxirə salınmalıdır. O zaman belə sual yaranır ki, biz yalnızıqmı və ya haradasa bir eksoplanetdə ağıllı yaşam mövcuddurmu? Seriya bu suala bir baxıma cavab verir.

Orada başqa qabaqcıl cəmiyyətlər olsaydı, bizi başqa ev axtararkən aşkar etməyə çalışardılarmı? Bəlkə də öz planetlərinə yaxşı baxdıqlarına görə başqa yerlərə ehtiyac durmurlar. Bu cavab Georgenin hər kəsin ürəkdən qəbul etmək lazım olduğunu dediyi bir mesaj idi.

Mənbə:

https://www.newscientist.com/article/mg24732901-000-is-there-another-planet-in-the-universe-just-like-earth/
https://www.audible.co.uk/pd/Exoplanets-The-Search-for-Another-Earth-Audiobook/B0881X2QCF