InSight Marsa enmədən öncə

İlk dəfə 4000 il əvvəl kəşf olunan bu planeti XVll əsrdə teleskopun icadından sonra daha yaxından öyrənməyə başladıq. Marsın ilk xəritəsini 1877-ci ildə 22sm-lik teleskopla İtaliyalı astronom Giovanni Schiaparelli çəkdi. Təxminən 15 il sonra Percival Lowell və daha sonra da 1930-cu ildə Eugène M. Antoniadi Marsdakı kanalların optiki yanılma olduğunu meydana çıxaran xəritə çəkdi.

1960-cı illərə qədər SSRİ və ABŞ Marsa yaxınlaşıb sonra da yoluna davam edən “flyby” kosmik peyklərini göndərməyə başladı. SSRİ-nin göndərdiyi 9 kosmik peykin heç biri uğurlu olmadı. 1965-ci ildə ABŞ-ın göndərdiyi Mariner 5 isə Marsın yaxınından keçərək onun şəklini yolladı. 1971-ci ildə SSRİ “Mars 2” adlı kosmik peyk göndərdi, lakin o da kompyuterində meydana gələn problem səbəbindən öz missiyasını yerinə yetirə bilmədi və 47 il bundan əvvəl 27 noyabrda Marsa düşdü. Beləcə “Mars 2” Yer xaricində bir planetə enən ilk peyk ünvanını qazandı. Ondan təxminən 1ay sonra “Mars 3” planetə yumuşaq enməyi bacardı, amma endikdən 14,5 san sonra onunla əlaqəmiz kəsildi.

Həmin il ABŞ-ın 1971-də göndərdiyi “Mariner 9″ peyki Yer xaricində başqa bir planetin orbitinə girən ilk kosmik peyk oldu və planeti sistematik olaraq xəritələdi. “Mariner 9” Marsa ilk endiyində səthində böyük toz fırtınası var idi. Fırtına sakitləşdiyində görülən şey hündür vulkanik zirvələr oldu. Bu sahəyə “Tharsis Plateau” (Tharsis yaylası) adı verilib. Topoqrafik xəritələrdən aydın olmuşdur ki, bu vulkanik zirvələrin bəziləri 20km, bəziləri isə Everestdən 3 dəfə hündürdürlər. Günəş sistemində hələ ki, bunlardan daha böyükləri görülməyib.

Viking 1 1976-cı il 20 iyulda Marsa müvəffəqiyyətlə enib bizə siqnal göndərə bilən ilk peyk oldu. Marsın “Golden Plain” (Qızıl düzənlik) deyilən sahəsinə endi və burada 6 ildən uzun bir müddətdə vəzifəsini yerinə yetirdi. Bu da endikdən sonra göndərdiyi ilk şəkildir.

Təxminən 20 il sonra 1977-ci ildə “Pathfinder” peyki Marsa endi və digərlərindən fərqli olaraq onun 6 təkəri var idi. Artıq başqa bir planetdə uzaqdan idarə edə bildiyimiz maşın sürməyə başlamışdıq. Baxmayaraq ki ancaq 100m gedə bildi amma Sojourner adlı bu cihaz və Pathfinder 16500 şəkil şəkdi ve 8,5 milyon ölçmə edib bunları bizə göndərdi.

2004-cü ildə Marsa 2 bu cür cihaz daha endi. “Spirit”in sadəcə 600m irəliləməsi planlanmışdı, lakin 5 ildən uzun müddət yoluna davam etməyə nail oldu və 8km qədər yol qət etdikdən sonra yumuşaq quma ilişib qaldı. “Spirit”dən 3 həftə sonra Marsa enən “Opportunity” isə bugün hələ də vəzifəsini yerinə yetirir. Bu peyk “Endurance krateri”ni araşdırıb şəkillərini çəkdi. Marsda bir zamanlar su olduğuna aid ilk elmi sübutları bizə yolladı. Cəmi 46km getdikdən sonra 2018-ci il iyunda Marsın qum fırtınalarından birinə yaxalandı və bundan sonra elm adamları onu yuxu moduna keçirdilər. Bugünlərdə təkrar oyandırılıb yoluna davam etdirilməsi gözlənilir.

Marsın səthinə aid biliklərimiz olsa da, bugünə qədər onun daxili quruluşu ilə bağlı çox da bilik əldə etməmişik. Bu missiyanı da yerinə yetirəcək olan peyk 5 may 2018-ci ildə Dünyadan atılan və 26 noyabr Marsa müvəffəqiyyətlə enən “İnSight” kosmik peykidir. Bundan sonra ilk dəfə başqa bir planetin daxili quruluşu haqqında biliklər əldə etməyə başlayacağıq.