İnfraqırmızı teleskoplar

SOFİA (Stratospheric Observatory For İnfrared Astronomy) – İnfraqırmızı Astronomiya üçün Stratosfer Rəsədxanası layihəsində 2,7 metrlik bir teleskopu atmosferdəki su buxarının 99%-nin üzərində, 12000 metr qədər yüksəkdə uçaraq daşıyan dəyişdirilmiş Boeing 747-SP təyyarəsi var. Bu teleskopun həssas olduğu dalğa uzunluğu intervalı 0,3-1600 mm-dir. SOFİA bir NASA/Alman Kosmik Agentliyi ortaq proyekti olub 2009-2010-cu ilin qışının ilk həftələrində çalışmağa başlamışdır. 2014-cü ildə tam işlək hala gəlmişdir və 20 illik bir ömrü olması gözlənilir.

Spitzer Kosmik Teleskopu 2003-cü ilin avqustunda orbitə yerləşdirilmişdir. Spitzer kainatı 3-180 mm intervalında 0,85 m-lik bir infraqırmızı teleskopdur. Teleskopun özünü Günəşdən və Dünyanın infraqırmızı işıqlarından qoruyacaq bir qalxanı var və kosmosdan gələn infraqırmızı siqnallarını öz istiliyi ilə əlavə güc sərf etmədən müşahidə edə bilməsi üçün 360 litrlik bir maye helium tankı sayəsində mütləq sıfırın 5,2 C üzərində bir istiliyə qədər soyudulur. İnfraqırmızı işıq kosmosdakı sıx qaz və toz buludları ilə dolu olan bölgələrə nüfuz edə bilir ki, bu sayədə də ulduz əmələ gələn bölgələrin, planet sistemlərinin, qalaktika mərkəzlərinin və görünən dalğa uzunluqlarında təyin etmək üçün çox solğun olan soyuq cisimlərin bənzərsiz bir təsvirini verir.

NASA-nın WİSE (Wide-field İnfrared Survey Explorer) missiyasının – Geniş sahə İnfraqırmızı Tədqiqat Kəşfiyyatçısı missiyasının məqsədi, 2010-cu il ərzində bütün göy üzünün infraqırmızı işıqda bir dəfə müşahidə edilməsi idi. Bu missiya kosmosdakı cisimlər haqqında çox böyük miqdarda məlumat topladı. Göy üzünün WİSE ilə çəkilmiş təxminən 3 milyon şəklinin hər biri yaxın infraqırmızı (3,4 və 4,6 mm) və orta infraqırmızı (12 və 22 mm) diapozonlar haqqında məlumatları özündə ehtiva edir. WİSE asteroidlər və ən soyuq yaxın ulduzlardan Qalaktikamızın və kainatın quruluşuna qədər 300 milyon infraqırmızı mənbədən ibarət olan bir atlas meydana gətirdi. Bu atlas, Herschel və James Vebb Kosmik Teleskopu kimi başqa infraqırmızı missiyaları ilə daha sonra çalışacaq ən yaxşı nümunələrin tapılması üçün çox önəmlidir.

İndiyə qədər kosmosa göndərilmiş ən böyük teleskop olan ESA-nın Herschel Rəsədxanasının 3,5 metr böyüklüyündə bir birinci aynası var və həssas olduğu dalğa uzunluğu intervalı uzaq infraqırmızıdan millimetr altına qədər uzanır. ESA-nın kosmik mikrodalğa ardalanı araşdıran Plank Rəsədxanası ilə birlikdə 2009-cu ilin mayında orbitə yerləşdirilmişdir. Herschel ulduzların və qalaktikaların başlanğıcını və təkamülünü araşdırır. Həssas olduğu dalğa uzunluğu intervalı yerdəki radio teleskoplar və biraz əvvəl bəhs etdiyimiz infraqırmızı kosmik teleskopları tərəfindən müşahidə edilən dalğa uzunluqları intervalındakı boşluğa qarşılıq gəldiyi üçün Herschelin kainat anlayışımızı köklü şəkildə dəyişmə potensialı var.

Mənbə:
https://www.sofia.usra.edu/

https://www.nasa.gov/mission_pages/SOFIA/overview/index.html

https://www.nasa.gov/mission_pages/SOFIA/index.html

https://en.wikipedia.org/wiki/Stratospheric_Observatory_for_Infrared_Astronomy

https://www.ipac.caltech.edu/project/sofia