Hipparx

Triqonometriyanın yaradıcısı olaraq bilinən qədim yunan astronomu, coğrafiyaşünası və riyyaziyatçısı Hipparx (e.ə. 190, İznik – e.ə. 120, Rodos) Vifiniya vilayətinin Nikeya şəhərində anadan olmuşdur (indiki İznik, Türkiyə). Antik dövrün ən böyük astronomu olaraq tanınır. İznikdə inşa etdiyi rəsədxanada səma cisimlərini müşahidə etmiş, daha sonra Rodosa gedərək orada astronomik müşahidələrinə davam etmişdir. O, ekinoksların (Yaz və payız gecə – gündüz bərabərliyi) presessiyasını kəşf edən ilk şəxs idi. E.ə. 120-ci ildə Rodosda öldüyü düşünülür.


Sələfləri kimi (Aristarxus istisna olmaqla) Hipparx da geosentrik modeli qəbul etmişdi, Günəş, Ay və digər Günəş sistemi cisimlərinin Yer ətrafında fırlandığını düşünürdü. O parallaks üsulu ilə tutulma zamanı Günəşin və Ayın Yerdən olan məsafələrini və ölçülərini təyin etmişdi. Burada əsas ideya Aristarxusdan götürlmüşdü (“Günəş və Ayın məsafələri və ölçüləri ” kitabı). Belə ki, Hipparx tutulma zamanı Ayın məsafəsində Yerin kölgəsinin bucaq diametri ilə Günəş və Ayın bilinən bucaq diametrlərini müqayisə edərək, Günəş və Ayın məsafələri arasında sadə bir asılılq əldə etmişdii. Əvvəlcə Günəşin digər ulduzlar kimi sonsuz uzaqlıqda olduğunu fərz etdi və Ay tutulması zamanı Ayın Yerdən olan orta məsafəsini 77 Yer radiusu kimi qiymətləndirdi. Daha sonra isə Günəşlə Yer arasındakı məsafəni 490 Yer radiusu təxmin edərək, Ayın Yerdən olan uzaqlığını təxminən 63 Yer radiusu olaraq təyin etdi. Yer-Ay məsafəsinin müasir qiyməti 60 Yer radiusudur.


Hipparx e.ə.130-cu ildə 850 ulduzun koordinatlarının və parlaqlıqlarının verildiyi ulduz kataloqu hazırladı. O, həmçinin bürclərin və ulduzların yerləşməsini göstərən göy kürəsi də düzəltmişdi. Hipparx kataloqunda ulduzların qalaktik uzunluqlarını və enliklərini vermiş, onları parlaqlıqlarına görə 6 ulduz ölçüsünə ayırmışdı. 1 ən parlaq, 6 isə ən zəif ulduzu göstərirdi. Öz kataloqu ilə əvvəlki kataloqları qarşılaşdırarkən ulduzların koordinatlarının dəyişdiyini gördü. O bu dəyişmənin Yerin presessiyası əlaqədar olaraq baş verdiyini irəli sürdü (Yer qüsursuz bir kürə şəklində olmadığından öz özu ətrafında fırlanarkən “yellənmə” hərəkəti edir. Yerin presessiya hərəkətinin periodu 26000 ildir).

Ptolomeyin “Almagest” traktatındakı 1022 ulduzdan ibarət kataloqun əksəriyyətini Hipparxdan götürdüyü düşünülür.

1989-cu ildə astronomik müşahidələr aparmaq məqsədi ilə Avropa Kosmik Agentliyi tərəfindən kosmosa buraxılmış Hipparcos peykinə (HIgh Precesion PARallax COllecting Satellite) Hipparxın adı verilmişdir.


Mənbə:

A short history of Astronomy by Arthur Berry, New York 1899
https://www.britannica.com/biography/Hipparchus-Greek-astronomerhttps://www.britannica.com/biography/Hipparchus-Greek-astronome https://www.famousscientists.org/hipparchus/?cf_chl_captcha_tk=85e59eb5ede91064c33d3182f887d0c5dd28c947-1598618197-0-AWyMLiAhfwhVdFdbLj2t4HI6-dSRdSJ-fG5ocUxNWe3uS30MtmyeCpk5oL1wU3uLRHsknbCdhX7JX_UVPWJghqn4BIF9UZfaeJdu9QaVVtX1INgvz_NZThLnJaytqFLUorEopjKvF9YsHZVYXy1HGZpzPkY-VC0iqE5j6jxPXZvUTLiyiTwk18b75HKu7Gvfocu8uJNACpCsG50DIuERE0xbVS0zPz2uR6i-93YkXfJoRlO1ujG6L7hcHJd_0LIkubBJlr-swrvHZ_sAdZgaQY2Nk7Esqs-YzaK658natFIQBK00SJ6MahRLoZX43Srsyy2plp2muBxy75UywB_sEfKwdkmjqJvBW4xXzlOVUuR9iMvzSlnbJc49w39ziPcjXTwUbgDKvAk9gOUQfeeMmSoxWJdiiW1U9m0MM99soAU-NUlTmwOL8zrXKLc8ZfBKnIzVHnItY-rk0R6U8LwudXGVquo8B7KdSiJ0qekIOY4fKEbzJLHrjqawepXdEkJcBg