Günəşin işıqlı və isti atmosferində səyahət edən NASA-nın Parker Günəş Zondu missiyasından yeni xəbərlər var️

Parker, Günəşə ən yaxın kosmik cihazdır, yəni daha əvvəl agah olmadığımız Günəş küləyi və enerji hissəcikləri ilə bağlı detalları bizə açıqladı. Bir neçə ay əvvəl NASA bu mövzu ilə bağlı telekonfrans keçirdi və bir çox suallara aydınlıq gətirildi. Günəş enerjili hissəciklər yüksək enerjili hissəciklərdir. Günəş küləyi daima Günəşdən hissəciklərin və maqnit sahəsinin çıxmasıdır. Hər ikisi sürətlidir, sahəni doldurur, Günəş sistemimizdəki kosmik havaya təsir edir. İlk dəfə Parker Günəş Zondu ilə Günəş küləyi və hissəciklərinin mənbəyinin mənbəyinə gedə bildik. Beləliklə, Parker Günəş Zondunun tapdığı 5 xüsusiyyət:

  1. The Dust-free Zone – Tozsuz zona

Parker sayəsində Günəş atmosferində tozsuz hissə görüldü, halbuki kosmosun tozlarla dolu olduğunu bilirik, Günəş işığını əks etdirdiyi üçün Dünyadakı tozu belə görə bilərik. İlk dəfə Parker tozun Günəşdən yarım milyon mil uzaqda durduğunu gördü. Toz yaxınlaşdıqca Günəş onu buxarlaşdırır və ulduzun ətrafında tozsuz sahə meydana gəlir.

  1. Switchbacks – ziqzaqlı yollar və ya keçidlər

Dünyada maqnit sahə xətlərinin bərabər şəkildə axdığı müşahidə edilir. Lakin Parker maqnit sahə xətlərinin ziqzaqa oxşayan bir şəkildə bir neçə saniyədə 180° dərəcə döndüyünü gördü.

  1. Turbulence – Axın

Alimlər Günəş küləyinin daimi bir axın olub olmadığı ilə maraqlanıblar. İndi Günəş küləyinin sərt olduğuna aid sübutlar görürük. Günəşdən ayrılan plazma kütlələri kosmosa atılarkən bəziləri isə Günəşə geri dönür. Bu kütlələr maqnit sahəsinin pozulmasına səbəb ola bilir və bu da geri dönüşlərə səbəb olur. Bundan əlavə Günəş küləyinin yarandıqdan sonrakı ilk mərhələlərində necə göründüklərinin bir nümunəsi ola bilər.

  1. A Breaking Point – Qırılma nöqtəsi

Parker Günəş küləyində bir keçid nöqtəsi tapdı. Günəş tacı Günəşin Günəş küləyinə keçid edən ən soyuq və ən xarici qatıdır. Alimlər Günəş küləyinin tacın altındakı görünən səthdə döndüyünü bilirdilər, lakin necə və harada olduğunu bilmirdilər. Dünyaya çatana qədər düz axmağa başlayırdı. Parker nəhayət bu keçidin işarələrin tapdı və bu dəyişiklik gözləniləndən daha yüksək səviyyədə gerçəkləşdi.

  1. Small Particle Events – Kiçik parçacıqlı hadisələr

Günəş ilk iki sahədə çox səssiz qalmağına baxmayaraq, Parker bir neçə kiçik Günəş enerjisi hissəciyi partlayışını müşahidə etdi. Bu hadisələr daha əvvəldən də müşahidə edilsə də əsla bu qədər kiçik olmamışdı. Bu kiçik partlayışlardan sürətli hərəkət edən hissəciklər yayıldı. Günəşdən uzaqlaşdıqca onları Dünyadan ayırd etmək çətinləşdi. Günəşin bu kiçik əhatəli hadisələri mütəmadi olaraq yaratdığını Parkerin ön sırasında oturmadan əsla bilə bilmərik. Sürətli hərəkət edən hissəciklər təhlükəli radiasiya mənbəyidir. Bu partlayışlar haqqında nə qədər çox şey öyrənsək, texnologiyamızı və kosmanavtlarımızı o qədər yaxşı qoruya bilərik.
Parkerin hələ edəcək çox işi var amma bu qədəri belə Günəşimizi yeni bir işıqda görməyimizə səbəb olur.

Mənbələr:

https://www.nasa.gov/content/goddard/parker-solar-probe