Günəş sisteminin yaranması (I hissə)

“Hər şeydən öncə Xaos gəldi… Xaosdan Erebos, qaranlıq qara gecə doğdu və gecədən də yenidən Aither və Hemera, gün yaradıldı…”

~ Kesiod (Theogony)
təxminən Miladdan sonra 800 ili

5 milyard ildən daha əvvəl, bugünki planetləri meydana gətirən atom və molekullar nəhəng bir toz və qaz buludunun içərisində dağılmışdı. İrəlidə ulduzlararası buludun bir ulduz yarada biləcək bir şəkildə necə yığıldığını ətraflı danışacağıq. Ancaq ilk öncə Günəş sistemi içərisində gördüyümüz münasibətlər haqqında öyrəndiklərimizlə, onun yaranmasını müzakirə edə bilərik. Günəş Sisteminin başlanğıcına aid bir elmi araşdırma, elmin, xüsusilə də astronomiyanın ümumi olaraq inkişafına bir misaldır, çünki nəzəriyyə hələ erkən inkişaf mərhələsindədir və bir çox boşluqları vardır. Burada cavab axtarmaq, içində bir çox ipucu olan sirli bir hekayəyə bənzəməkdədir, yəni ipucları hər zaman tapılır və bəzi ipucları digərlərilə üst-üstə düşmür.

Günəş sisteminin başlanğıcını açıqlamaq üçün inkişaf etdirilən rəqib nəzəriyyələr iki əsas kateqoriyaya ayrıla bilər: Təkamül nəzəriyyələri və Fəlakət nəzəriyyələri. Bu məqalədə hər birini araşdırıb və nə üçün məhz birinin astronomlar arasında maraq qazanmaqda olduğunu öyrənəcəyik. Onu da qeyd edək ki, burada sadəcə Günəş sisteminin yaranması ilə maraqlanırıq. Qalaktikamızın meydana gəlməsi və ya Kainatın köklərilə maraqlanmırıq, çünki bunların hər ikisi də çox daha əvvəl meydana gəlmişdir. Bu mövzuları isə ayrı məqalələrimizdə ələ alacağıq.

Günəş sisteminin köklərinə aid hər uğurlu nəzəriyyə, ortaya atılan münasibətləri açıqlamalıdır və həmçinin münasibətlərdəki istisnalarla bağlı müəyyən açıqlamalar gətirə bilməlidir. Aşağıda açıqlanmasına ehtiyac olan vacib analizlərin bir siyahısını veririk:

1. Bütün planetlər Günəşin ətrafında ayrı istiqamətdə (Günəşin fırlandığı istiqamətdə) dolanmaqdadır və bütün planet orbitlərinin haradasa hamısı dairəvidir.
2. Bütün planetlər haradasa eyni düzülüşdə dolanırlar.
3. Venera və Uran istisna olmaqla planetlərin çoxu, öz oxları ətrafında, Günəş ətrafındakı orbitlərində dolandıqları istiamətlə eyni yöndə dönürlər.
4. Planet peyklərinin əksəriyyəti, öz valideyn planetlərinin ətrafında, onların Günəş ətrafındakı dolanması ilə eyni yöndə dolanır. Buna əlavə olaraq, peyk orbitlərinin çoxu öz planetlərinin ekvator düzülüşü içərisindədir.
5. Günəşdən xaricə doğru getdikcə planetlərin arasındakı boşluqlarda hər planetin Günəşə olan uzaqlığının, özündən bir öncəki planetin Günəşdən uzaqlığının təxminən iki qatı qədər olduğu kimi bir münasibət vardır.
6. Planetlərin kimyəvi tərkibləri bənzərdir, ancaq fərqliliklər də mövcuddur. Xarici planetlər daxili planetlərə görə daha çox qaz elementini özündə ehtiva edir və nisbətən daha az sıxlıqdadır.
7. Qatı bir səthə sahib bütün planetlər və peyklər Ay səthində də olduğu kimi krater əlamətləri göstərməkdədir.
8. Yupiterə bənzər planetlərin hamısı halqa sistemlərinə sahibdir.
9. Asteroidlər, quyruqlu ulduzlar (və ya kometlər) və meteoritlər, planetlərlə birlikdə Günəş sistemini doldururlar və hər cisim kateqoriyasının sistemdə öz hərəkət modeli və vəziyyət mövqeyi vardır.
10. Günəş kütləsinin çoxuna sahib ola bilsə də planetlərin, Günəşin sahib olduğundan daha çox bucaq momenti vardır (ətraflı gələcək məqalələrdə).
11. Digər ulduzların ətrafında da yaranmalarının müxtəlif mərhələlərindəki planet sistemləri vardır.
Günəş sisteminin köklərinə aid hər uğurlu nəzəriyyə bu ipuclarını açıqlamaq məcburiyyətindədir və ulduz əmələ gəlmə nəzəriyyəsi ilə də uyğun olmalıdır.

Mənbə:
In Quest of the Universe. T. Koupelis, K.F. Kuhn. Jones & Bartlett Learning, 2007
https://solarsystem.nasa.gov/solar-system/our-solar-system/overview/#:~:text=Our%20solar%20system%20consists%20of,of%20asteroids%2C%20comets%20and%20meteoroids

1 thought on “Günəş sisteminin yaranması (I hissə)

Comments are closed.