Futbol stadionu böyüklüyündə bir şarla daşınacaq Teleskop

Bir futbol stadionu böyüklüyündə bir balonla daşınacaq ASTHROS, yerdən görünməyən işığın dalğa uzunluqlarını müşahidə etmək üçün bir teleskop istifadə edəcəkdir. ASTHROS (Astrophysics Stratospheric Telescope for High Spectral Resolution Observations at Submillimeter-wavelengths) – Submillimetr-dalğa uzunluqlarında yüksək spektrli ayırdetmə müşahidələri üçün olan Astrofizika Stratosferik Teleskopunun qısaltmasıdır. ASTHROS missiyası üzərində işlər artıq başlayıb, bu da Antarktidadan 2023-cü ilin dekabrında uçuşu planlaşdırılan bir balonun üstündə 8.4 metrlik bir teleskopu yüksək stratosfer qatına daşıyacaq yeni bir missiyadır.

Bu şəkil yuxarı atmosferə qalxan yüksək hündürlüklü bir şarı təsvir edir. Tam şişirildikdə, bu şarlar 150 metr enliyində, yəni haradasa bir futbol stadionunun ölçüsündədir və 40 kilometr yüksəkliyinə çatır.

Mənbə:
https://www.nasa.gov/image-feature/carrying-a-telescope-aloft
https://www.nasa.gov/feature/jpl/nasa-mission-will-study-the-cosmos-with-a-stratospheric-balloon