Dünyanın böyüklüyünü necə ölçmək olar?

Xristofer Kolumbdan 1700 il əvvəl, Dünyanın formasını və təxmini böyüklüyünü açıq şəkildə təyin edən ilk insan Eratosfendir (Miladdan əvvəl (m.ə.) 276-195-ci illər). Dünyanın radiusunun hesablanması çox asandır.

Eratosfen yaz bərabərliyi vaxtında, günorta ortasında Günəşin Syene (indiki Misirdə yerləşən Asvan şəhəri) yaxınlarındakı bir quyunun tam təpə hissəsindən, kölgə yaratmadan aydınlatdığını bilirdi. Bunun mənası budur: o anda Günəş tam təpədə, daha doğrusu zenitdədir.

Öz şəhəri İskəndəriyyədə eyni zamanda Günəşin mövqeyinin düşmə mövqeyindən 7 dərəcə meyilli olduğunu da bilirdi. Aristarxusun (m. ə. 320 – 250 illər) gəldiyi nəticənin fərqində olduğu üçün, Eratosfen əminliklə Günəşin çox uzaqda olduğunu və bu səbəblə Dünyaya çatan Günəş şüalarının da paralel olduğu nəticəsinə gəldi. Beləcə, 7 dərəcəlik bir fərqin Dünyanın yuvarlaq olmasından qaynaqlandığı qənaətinə gəldi. 7 dərəcə bir tam dairənin təxminən 1/50 hissəsi qədərdir (yəni, 7/360). Beləcə, Eratosfen Dünyanın çevrəsinin İsgəndəriyyədən Asvandakı quyuya qədər olan uzaqlığın təxminən 360/7 və ya 50 qatı olmağı nəticəsinə gəldi. Bu uzaqlıq təxminən 5000 stadion ölçüsünə bərabər idi. Həmin zamanlarda istifadə olunan bir stadion ölçüsü təxmini 0,15 ilə 0,2 kilometrə bərabər olan bir uzaqlıq ölçüsüdür. Bir stadionun 1/6 km olduğunu qəbul etsək, bu iki şəhər arasındakı məsafə ~830 km-ə bərabər olar. Eratosfen Yerin çevrəsini 50 x 830 = 41500 kilometr olaraq hesabladı və beləcə, Yer radiusunun da 41500/2π (π=3,14), yəni təxminən 6600 km olduğunu hesabladı. Bu indi bildiyimiz Yer radiusu – 6378 km-ə olduqca yaxındır!

Aristarxus və Eratosfenin hesablamalarını birləşdirərək, antik Yunanlar ilk dəfə olaraq Dünya, Ay və Günəşin radius ölçülərinə və aralarındakı uzaqlıqlara sahib oldular. Sonrakı astronomlar daha həssas nəticələr əldə etmiş olsalar belə, astronomik elmin həqiqi dəyərini və nəticədə Günəş sisteminin düzgün ölçülərini əldə etmək üçün Miladdan sonra (M.s.) 1769-a qədər gözləməli olmuşduq.
Burada əsas olan ölçmələrin həssaslığı deyil, antik Yunanların sadə məntiqi arqumentlərə 2200 ildən daha uzun bir zaman əvvəl malik olduqları, bunun köməyi ilə də çox yaxşı bir Günəş Sistemi anlayışına sahib olduqlarıdır.

Hazırki elmimizlə uyğun olmamağı səbəbilə Yunan elminin pis elm olduğunu düşünmək meyli vardır. Açıqcası bu doğru deyildir. Ptolemey (M.S. 100-170 illər) modelinin günümüz modelinə görə daha geri olduğu doğrudur. Həmin model bildiyimiz kimi, Yer mərkəzli Günəş sistemini təsvir edir. Antik Yunanlar bugün bizlərin sahib olduğu əhatəli məlumatlar və həssas müşahidələrə sahib deyildilər. Bununla birlikdə, onların elmi modelləri o gün sahib olduqları məlumatlar ilə uyğunluq içərisində idi. Həqiqətən, günümüzdəki bir çox insanın günlük müşahidələr ilə uyğunluq içində olduğunu demək olar. Ptolemey modeli ilə tərs düşən və böyük teleskop qurulmadan əldə edilə biləcək hər hansı bir sübut düşünə bilərsinizmi? Bəs siz referans materiallarından istifadə etmədən 2000 illik Ptolemey modelinin keçərsiz olduğunu göstərəcək hər hansı şəxsi müşahidə edə bilərsinizmi?

Mənbə:

In Quest Of The Universe 7th edition by Theo Koupelis, 2012