Dörd Meteor Yağışı Bu Yay Birlikdə Görünəcək!

İlk öncə bir meteor yağışı necə meydana gəlir? sualına cavab verməyə çalışaq. Meteor yağışlarına, paralel trayektoriyalarda çox yüksək sürətlə Yer atmosferinə daxil olan meteorit axınları səbəb olur. Əvvəla, hər il meteor yağışı Yerin meteoritlərin orbitini keçməsi ilə eyni vaxtda baş verir. İkincisi, aşağıdakı müşahidəçiyə görə, yağış üzvləri, perspektiv təsiri səbəbindən göy üzündə eyni nöqtədən (buna şüalanma (radiant) nöqtəsi deyilir) gəldiyi görünür. Bir meteor yağışı parlaq nöqtəsinin yerləşdiyi bürcdən adını alır.

The Piscis Austrinids – Piskis Avstrinidlər

Piscis Avstrinidlər, Piscis Avstrinus bürcündə yerləşən zəif meteor yağışıdır. Bu meteor yağışı 15 iyul və 10 avqust arasında baş verəcəkdir, lakin fəaliyyətinin pik nöqtəsi iyulun 28-də baş tutacaq. Bu meteor yağışı “Cənub Balığı” olaraq adlandırılan Piskis Avstrinus bürcündəki ən parlaq ulduz Fomalhautun qərbindəki bir sahədən yayılır. Burada gözlədiyimiz meteor miqdarı saatda 10-a qədərdir.

Bu astronomik hadisəni müşahidə etmək üçün ən yaxşı vaxt nə vaxtdır? Piskis Avstrinidlərin parlaq nöqtəsi şərq üfüqünün ən yüksək nöqtəsinə qalxdıqda, gecə saat 2:00 GMT (saat 10:00pm EDT) radələrindəki saatlarda ən yaxşı halı ola bilər. Beynəlxalq Meteor Təşkilatına (International Meteor Organization (IMO)) istinadən xəbər verir ki, meteor yağışının 28 iyul 2020-ci ildə pik fəaliyyətə çatacağı gözlənilir.

The Southern Delta Aquariids – Cənubi Delta Dolçalar və The Alpha Capricornids – Alfa Oğlaqlar

Delta Dolçalar hər il təxminən 12 iyul-23 avqust tarixləri arasında aktivdir və zirvəsində saatda 20 meteor görünə bilər. Mənşəyi bilinmir, amma potensial mənbədən biri olaraq quyruqlu ulduz 96P Machholz quyruqlu ulduzudur (və ya kometidir). Delta Dolçalar Cənubi Yarımkürədən ən yaxşı görünsə də, Şimal Yarımkürədəki ulduz müşahidəçiləri də bu hadisəyə bir nəzər sala biləcəklər.

Alfa Oğlaqlar 3 İyuldan Avqustun 15-dək aktivdir. Əsas quyruqlu ulduz 169P / NEAT kometidir. Bu meteor yağışı da o qədər də güclü deyil və adətən orta hesabla saatda 5 meteor istehsal edir, lakin əsas xüsusiyyəti zirvə fəaliyyəti zamanı parlaq odlu toplar istehsal etmək qabiliyyətidir. Delta Dolçalardan fərqli olaraq, bu iki yarımkürədə də eyni dərəcədə görünə biləcəkdir.

29-30 iyul bu iki meteor yağışı üçün maksimum aktivlik dövrü olacaq. Onların radiantları uyğun olaraq, Dolça və Oğlaq bürclərində kifayət qədər yaxın yerləşdirilmişdir. Bizi möhtəşəm bir gecə səması mənzərəsinə aparır – bir gecədə Lirid meteor yağışından daha da çox meteor olacaq, haradasa saatda 30 meteor görə biləcəyik.

Perseidlər

İyul eyni zamanda bizə ilin ən çox göz qamaşdıran səma hadisələrindən birini – Perseid meteor yağışını gətirir. Perseidlər, Swift-Tuttle kometası ilə əlaqəli məhsuldar meteor yağışıdır. İyulun 17-dən avqustun 24-dək aktivdir və onun radiantı Qəhrəman Perseus bürcünə yerləşir. Pik nöqtədə, yağış üzvlərinin diapazonu maksimumda saatda 50-75-dir. Beynəlxalq Meteor Təşkilatı, avqustun 12-də səhər saat 1-dən etibarən saat 4:00 GMT qədər (səhər saat 9:00-dan 12: 00-dək EDT) pik nöqtənin olacağını gözləyir.

Axınların parlaqlıqlarını təyin etmək və meteor yağışlarının haradan gəldiyi tapmaq üçün Star Walk 2 proqramından istifadə edin. Meteorlar göy üzünün hər tərəfində geniş ərazidə görünəcəkdir. Ən yaxşı ulduz müşahidəsi üçün şəhər işıqlarından uzaq durmağı unutmayın.

Mənbələr:

https://www.imo.net/
https://starwalk.space/en/