Chandra Rentgen Rəsədxanası

Əvvəllər Advanced X-ray Astrophysics Facility (AXAF), yəni Qabaqcıl Rentgen Astrofizika Müəssisəsi kimi tanınan Chandra Rentgen Rəsədxanası (Chandra X-ray Observatory (CXO)), 23 iyul 1999-cu il tarixində NASA tərəfindən STS-93 əsnasında Space Shuttle Columbia-nın göyərtəsində buraxılan bir kosmik teleskopdur. Chandra rentgen mənbələrinə qarşı güzgülərinin yüksək bucaq görüntü imkanı ilə effektivləşdirilən əvvəlki rentgen teleskoplarından 100 dəfə daha zəif olan rentgen mənbələrinə qarşı həssasdır. Yer atmosferi rentgen şüalarının böyük əksəriyyətini udduğu üçün bunlar yerdəki teleskoplardan aşkar oluna bilmir. Bu səbəbdən bu müşahidələri aparmaq üçün kosmik teleskoplar tələb olunur. Chandra, 64 saatlıq bir orbitdə yerləşən bir Yer peykidir və hazırda da fəaliyyəti davam edir.

Chandra Hubble Kosmik Teleskopu, Compton Gamma Ray Rəsədxanası (1991-2000) və Spitzer Kosmik Teleskopu (2003-2020) ilə birlikdə Böyük Rəsədxanalardan biridir. Teleskop Nobel mükafatlı Hindistanlı astrofizik Subrahmanyan Chandrasekharın adını daşıyır. Missiyası ESA-nın 1999-cu ildə buraxılan XMM-Newton kosmik gəmisinin missiyasına bənzəyir, lakin iki teleskopun fərqli dizayn mərkəzləri var; Chandra daha yüksək bucaq ayırdetməsinə malikdir.

Chandra Rentgen Rəsədxanası fəaliyyətə başladığı gündən bəri, “Böyük Rəsədxanalar” donanmasında yerini alaraq, NASA-nın Rentgen astronomiyası üçün əsas missiyası olmuşdur. NASA-nın Chandra Rentgen Rəsədxanası, kainatın partlamış ulduzlar, qalaktika qrupları və qara dəliklərin ətrafındakı maddələr kimi çox isti bölgələrindən rentgen emissiyasını təyin etmək üçün xüsusi olaraq hazırlanmış bir teleskopdur. Rentgen şüaları Yer atmosferi tərəfindən udulduğundan, Chandra kosmosda 139.000 km (86.500 mil) hündürlüyə qədər orbitdə fırlanmalıdır. Smithsonian`ın Cambridge MA-dakı Astrofizika Rəsədxanasında peyki idarə edən, məlumatları işləyən və analiz üçün dünyanın müxtəlif yerlərindəki alimlərə paylayan Chandra Rentgen Mərkəzi fəaliyyət göstərir. Mərkəzin elmi nəticələri və bir təhsil proqramı haqqında geniş bir ictimai veb sayt vardır.

Chandra bir-birinin içinə keçmiş çox həssas dörd güzgü daşıyır. Enerji verən rentgen şüaları içi boş qabıqların içərisinə zərbə vurur və 9.2 m (30 ft) optik dəzgahın sonunda elektron detektorlar üzərində cəmləşir. Hansı detektordan istifadə edildiyindən asılı olaraq kosmik mənbəyin çox ətraflı şəkilləri və ya spektrləri hazırlanıb analiz edilə bilər.

Chandra partlamış ulduzların möhtəşəm, parlaq qalıqlarının təsvirini aldı və elementlərin dağılmasını göstərən spektrləri aldı. Chandra, Süd yolunun mərkəzindəki supermassive (böyük kütləli) qara dəliyin ətrafındakı bölgəni müşahidə etdi və Kainat boyunca qara dəliklər tapdı. Chandra qaranlıq maddənin normal maddədən ayrılmasını bir qrupdakı qalaktikaların toqquşması zamanı izlədi və həm qaranlıq maddə, həm də qaranlıq enerji araşdırmalarına tövsiyyə verir. Missiyası davam etdikcə, Chandra yüksək enerjili Kainatımız haqqında təəccüblü yeni bir elmlər kəşf etməyə davam edəcəkdir.

Mənbə:
https://chandra.harvard.edu/
https://en.wikipedia.org/wiki/Chandra_X-ray_Observatory
https://chandra.si.edu/about/