Ceyms Vebb teleskopu

Ceyms Vebb kosmik teleskopu Habbl kosmik teleskopunun kəşflərini təkmilləşdirilmiş sensorların vasitəsilə tamamlayacaq və genişləndirəcək Orbital İnfraqırmızı Rəsədxanadır. Belə ki, hazırda atmosferdən kənar ən böyük teleskop Habbl teleskopudur. Onun güzgüsünün diametri 2.4 m-dir. 2021-ci il oktyabrın 31-də (Korona virus pandemiyası səbəbindən gecikmə ilə) fəaliyətə başlaması planlaşdırılan Ceyms Vebb teleskopunun güzgüsünün diametri 6.5 m olacaq.

Qeyd edək ki, Vebb teleskopunun müşahidə edə bildiyi dalğa uzunluqları 60-2800 Å intervalında olduğu halda Habbl teleskopunda bu interval 10-80 Å qədərdir (1 Å= 0,1 nm). Verilmiş müqayisələrdən aydın olur ki, Ceyms Vebb teleskopu daha çox uzun dalğalarla müşahidəyə köklənmişdir. Uzun dalğalarla müşahidə bizə, Böyük Partlayışa (Big-Bang) daha yaxın zamanın müşahidəsinə və ilkin qalaktikaların müşahidə olunmamış formasını tapmağa, eyni zamanda, ulduz və planet sistemlərinin əmələ gəldiyi toz buludunun daxilini görməyə imkan verəcək.

Habbl teleskopu Yerdən 570 km-lik məsafədə yerləşən orbitdə hərəkət edir, lakin Vebb teleskopu Yer-Günəş sisteminin L2 laqranj nöqtəsinə yerləşdiriləcək. Bu nöqtə Yerdən 1.5 milyon kilometr məsafədədir və bu məsafədə teleskopun Günəş panelləri Yerdən, Aydan və Günəşdən gələn işığı bloklayacaq ki, bu da infrahəssas teleskopun daha dəqiq işləməsinə şərait yaradacaq. Günəş panellərinin ölçüsü 12 m × 22 m-dir.

Mənbələr:

https://www.jwst.nasa.gov
https://www.jwst.nasa.gov/content/about/comparisonWebbVsHubble.html