Bu gün Neil Armstrongun 90 illiyidir!

Bu gün Neil Alden Armstrong’un (Avqust 5, 1930 – Avqust 25, 2012) 90 illiyi qeyd olunur.

O, X-15 proqramı üçün pilot və mühəndislik istiqamətlərini özündə cəmləşdirən aviasiya tədqiqatlarında ciddi iştirak edirdi. İllər boyu maraqlı kəşflərə ilham verən, kosmik tədqiqatlar və aviasiya tarixindəki uzunmüddətli təsiri və bizə qoyduğu mirasına görə onu hörmətlə yad edirik!

Neil A. Armstrong 1955-ci ildə Levis Uçuş Laboratoriyasında (sonrakı NASA-nın Levis Araşdırma Mərkəzi, Klivlend, Ohayo və bu gün Glenn Araşdırma Mərkəzi) Milli Aviasiya Məsləhət Komitəsinə (NACA) qoşuldu. O il daha sonra NACA-ya köçürüldü. Kaliforniyadakı Edvard Hava Qüvvələri bazasındakı Yüksək Sürətli Uçuş Stansiyası (bu gün NASA-nın Armstrong Uçuş Araşdırma Mərkəzi) bir aviasiya araşdırma mütəxəssisi olaraq və daha sonra bir pilot olaraq, 1962-ci ildə bir astronavt olana qədər bu mövqeni əlində tutdu. O, ikinci sinifdə seçilən doqquz NASA astronavtından biri idi.

Armstrong, ehtimal ki, ən çox NASA-nın Apollo 11-in Aya etdiyi missiyasının komandiri olaraq tanınıb, bu müddət ərzində o, 20 iyul 1969-cu ildə Aya ayaq basan ilk şəxs olaraq da tarixə adını yazdırmışdır.

Mənbə:
https://www.nasa.gov/centers/armstrong/about/biographies/pilots/neil-armstrong.html?fbclid=IwAR0fVmhGSjJND0XcluQOxvxQAIARypgS4NSICnGCLarNpnXbcSmaHWHzdzM