Birdən Ay itərsə?

Dünyadan çox qısa bir müddət sonra təxminən 4.51 milyard il əvvəl yarandığı düşünülən Yer kürəsinin yeganə peyki olan Ay. Günəşdən sonra Ay, Dünyanın göy üzündə müntəzəm olaraq görüləbilən ən parlaq ikinci göy cismidir. Bütöv Ay səthinin yarısından biraz çoxu, təxminən 59%-i Dünyadan görünə bilir.

Cazibə təsiri səbəbindən Ay okean dalğalarına, Yer təkanlarına ve günün biraz uzanmasına səbəb olur. Ayın orta orbit məsafəsi 384.402 km-dir. Bu, Yerin diametrinin təxminən otuz qatıdır. Ayın göy üzündəki görünən büyüklüyü Günəşinkiylə haradasa eynidir, çünki Günəş Ay məsafəsi və diametrinin ~400 qatıdır. Bu səbəblə, Ay tam bir Günəş tutulması əsnasında Günəşi haradasa tam olaraq örtür. Lakin bu nisbətlərin müqayisəsi uzaq gələcəkdə eyni olmayacaq, çünki Ayın Dünyaya olan məsafəsi gedərək artmaqdadır.

Ay daima hərəkət halındadır. Hər il təxminən 1.5 inç kosmosda sürüklənir. Dünyadan uzaqlaşdıqca əslində bu müddətdə Dünyanın fırlanması da yavaşlayır. Bəs bir gecə Ay birdən yoxa çıxarsa nə olar? Ya birdən Ay itərsə?

Tam Ay bir sonrakı ən parlaq gecə səması cismi Veneradan orta hesabla 14min qat daha parlaqdır. Onsuz hər gecə Yeni Ay qədər qaranlıq olardı və ulduzları müşahidə etmək də möhtəşəm olardı. Amma sabah açıldığında Ayın Dünyada həyat üçün nə qədər vacib olduğunu anlamağa başlayardıq.

Ay Dünyanın təkanları üzərində çox böyük təsirə sahibdir. Onsuz yüksək və alçaq təkanlar təxminən 75% kiçilərdi. Bu bir çox xərçəng növünün həyatını təhlükəyə atardı. Sahil zonalarında yaşayan midyə və dəniz ilbizləri və onlarla bəslənən daha böyük heyvanların qida sistemini pozardı. Bununla da bütün sahil ekosistemi üçün təhlükəyə səbəb olardı. Bir neçə on il içində dənizdə və sahildə kütləvi nüfuzun azaldığını görməyə başlayardıq.

Dünyanın ən böyük yumurtalama hadisələrindən biri olan Böyük Sədd rifi gerçəkləşərdı. Hər Noyabrda Tam Ay işığını izləyən günlərdə rif boyunca Yeni Meksika əyalətindən mərcan koloniyalarında milyonlarca yumurta sürüsü bir-birindən haradasa bir neçə dəqiqə içində daha geniş bir əraziyə yayılmış olardı.

Elm adamları Tam Ayın həyat üçün bir rolu olduğundan əmindir, lakin bunun tam olaraq necə baş verdiyi bir sir olaraq qalır. Sahildə qırmızı xərcənglər kimi heyvanlar da yenidən çoxalmaq üçün Ayın vəziyyətindən istifadə edir. Həyatlarının çoxunu dağlarda yaşadıqdan sonra milyonlarca yetkin xərçəng sahilə köç edir və sonra sadəcə Ayın son 1/4-ində dişilər yumurtalarını dənizə buraxırlar.

Aysız bizim üçün də vacib bir şey dəyişəcək- hava. Dalğa və dalğa axımları tropik zonalarda daha isti sularla soyuq Arktika sularının qarışmasına səbəb olacaq. Bu istiliyi və Yerdəki iqlimi tənzimləyir. Ay olmadan hava proqnozları haradasa imkansız olardı. Həyat üçün təhdid olan Yerin ən kənar nöqtələrində istilik arasındakı orta fərq və Yerin ən soyuq yerləri getdikcə böyüyə bilər.

Lakin bunların heç biri, min illik gələcəkdəki ən böyük dəyişikliklərlə qarşılaşdırıla bilməz.

Hal-hazırda Yer əksəriyyətlə Ayın cazibə qüvvəsi səbəbilə bir fırlanma oxu üzərində 23.5° dərəcə meyl edir. Ay yox olarsa Yerin oxu 10° ilə 45° dərəcə arasında meyl edə bilər. Bəzi alimlər Yupiterin Yerin yamacını tamamilə nəzarətdən çıxmadan qorumağa kömək edə biləcəyini təxmin edir. Ancaq 10° dərəcəlik bir artıq meyil belə iqlim və mövsümlərdə təxribat yarada bilər. Elm adamlarının Buz Dövrünə səbəb olabiləcəyini düşündüyü keçmişdə Yerin meyli təxminən 1-2° dərəcə dəyişdi. 10°-lik meylin nələrə səbəb olacağını bilmək çətindir və ya 45°-lik meylin. Lakin ehtimal ki, Yerdəki bir çox həyat üçün yaxşı birşey deyil.

Ay təkcə bugün Yerdəki həyat üçün vacib deyil. Elm adamları 3.5 milyard il öncə həyatın yaranmasında da vacib bir rol oynadığına inanırlar.

Göründüyü kimi Ay gecə səmasında sadəcə bir işıq lampası deyil. Onun varlığı həssas tənzimləmələr üçün çox vacibdir ki, bu da Yer üzündə həyatı mümkün edir.