Bir təqvimdə Kainatın təkamülü

Böyük Partlayışdan bu günədək keçən son 13.8 milyard il ərzində kosmosun formalaşması, planet və ulduzların yaranması, Yer və Yerdə həyatın başlamasının necə yarandığını və yaranma ardıcıllığını bilirsinizmi? Bütün bunlar Ann Druyanın yaratdığı kosmik təqvimdə tək bir Yer təqviminə sığışdırılıb. Bu kosmik təqvimdə hər ay bir milyard ildən biraz çoxdur. Hər gün 40 milyondan daha azdır. Tək bir saat demək olar ki, haradasa 2 milyon ildir.

Kosmik təqvimdə 1 yanvar
13.8 milyard il əvvəl. Kosmik ilin ilk günü Böyük Partlayış ilə başladı. Haradasa 14 milyard il əvvəl. Təxminən 3 milyard il sonraya qədər Kainatda həqiqətən heç bir şey baş vermədi.

Kosmik təqvimdə 15 Mart
İçərisində bizim də Günəş sistemimizin olduğu Süd yolu Qalaktikası meydana gəlməyə başladı. Bundan 6 milyard il sonra ulduzumuz Günəş dünyaya gəldi.

Kosmik təqvimdə 31 avqust
Yupiter və digər planetlər, o cümlədən bizim planet də daxil olmaqla, tezliklə meydana gələcəkdi. Yerdəki atmosfer bizə həyat üçün zəhərli bir mühit idi.

Kosmik təqvimdə 21 sentyabr
Metanı silib karbon dioksid qazı və günəş işığı yeyə bilən kiçik canlılar okeanda yaşamaq üçün bir yol tapdı. Karbon qazını alıb oksigen verməklə, göy üzünü maviyə çevirdilər və sonra atmosferin oksigenləşməsi ozon qatını yaratdı. İlk dəfə okeanlardakı həyat sahilə vurdu. İndi həyat daha da böyüyə bildi və yeni ərazilərə yayıldı.

Kosmik təqvimdə 26 dekabr
Təxminən 200 milyon il əvvəl ilk məməlilər təkamül keçirdilər. Yer kürəsindəki həyat üçün yeni bir xüsusiyyətləri neyrokorteks yarandı. Neyrokorteks beyin qabığında, məməlilərdə görmə və eşitmə ilə əlaqəli, korteksin ən son inkişaf edən hissəsi olaraq qəbul edilir. Neyrokorteks məməlilərə xasdır və diğər hayvanlara görə çox daha böyük neokorteksi olan insanda, daha ilkin növlər ilə bənzər neyroanatomiyası olmasına rəğmən bənzərsiz zehni tutuma sahibdir. İnsan övladının digər canlılardan daha zəkalı varlıq olmasının səbəbi də budur.

Sonraları yalnız bir əcdadımızın DNT-sində bir mutasiya meydana gəldi. Tək bir genin bir cütü neyrokorteksin daha da böyüməsi üçün proqramlaşdırıldı. Bəlkə də kosmik bir şüadan təsadüfi bir boşluq yarandı və ya bir hüceyrədən digərinə keçiddə adi bir səhv. Səbəbi hər nə olursa olsun, bu hadisə, yer üzündə bütün digər canlı növlərə təsir edəcək bir nəticəyə səbəb oldu.

Kosmik ilin sonuncu saniyəsində yer üzündə əlimizin dəymədiyi bir yer yox idi. Bunların hamısı ulduzlara qədər uzanan kiçik DNT nərdivanımızdakı tək bir pillədən başqa bir şey deyildi.