Ay Gecəsinin Beynəlxalq Müşahidəsi

NASA, Beynəlxalq Ay Gecəsinin Müşahidəsi (International Observe the Moon Night!) üçün bütün astronomiya həvəskarını bu gecəni müşahidə etməyə dəvət edir!

Beynəlxalq Ay Gecəsinin Müşahidəsi Ayımızı qiymətləndirməyi, anlamağı, kəşf və bunun NASA-nın kəşfilə əlaqəsini və müşahidə etməyi təşviq edən dünya miqyasında ictimai bir tədbirdir.

NASA’nın növbəti kişi və ilk dəfə qadını Aya göndərəcək olan Artemis proqramı ilə əlaqədar həyəcan artdıqca Ayı dünyanın hər yerindən həvəskar və maraqlı olan insanlarla qeyd etmək üçün əla bir vaxtdır.

Şəkil: NASA/Jennifer Baer

2010-cu ildən bəri, hər il sentyabr və ya oktyabr aylarında Ayın birinci rübünün olduğu dövrdə qeyd olunur – mükəmməl müşahidə şəkilləri almaq fürsəti üçün əla bir mərhələdir.

26 sentyabr Şənbə günü, CT (Central Time) ilə saat 18: 30-da, yerli vaxtla isə 27 sentyabr, saat 03: 30-da, NASA-nın Marshall Kosmik Uçuş Mərkəzinə canlı bir planetarium şousu üçün qatıla bilərsiniz. YouTubeFacebook vasitəsilə hər kəs onlayn olaraq izləyə bilər. Yerli və xarici alimlər ilə də görüşlər ediləcəkdir.

Bu virtual tədbir Marshall’daki Planetar Missiyalar Proqramı Ofisi (Planetary Missions Program Office at Marshall) və ABŞ Kosmik və Roket Mərkəzi (U.S. Space & Rocket Center) tərəfindən təqdim olunacaq.

İstər açıq havada, istər evdə, istərsə onlayn və ya harada olmağınızdan asılı olmayaraq, Beynəlxalq Ay Gecəsinin Müşahidəsinin bir hissəsi olmağınız tövsiyə olunur. Sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etməyi unutmamağınızı xahiş edirik.

Beynəlxalq Ay Gecəsinin 2020-ci il Müşahidəsi üçün Ayın Xəritəsi

Beynəlxalq Ay Gecəsini Müşahidəsinin Məqsədləri:

    1. Ay müşahidəsi, elm və kəşfiyyat tədbirlərində dünyanın müxtəlif yerlərindəki insanları bir araya gətirmək.

    2. Aşağıdakıları edə bilmək üçün məlumat, platforma və mənbələr təmin etmək:

    • NASA-nın Ay elmi və kəşfiyyat proqramları barədə maarifləndirməni artırmaq.
    • Yerin peykini əlçatan bir giriş nöqtəsi olaraq istifadə edərək, Ay və kosmik elm, həmçinin kəşfiyyat haqqında insanları daha çox məlumat əldə etməyə təşvik etmək.
    • Aydan ilhamlanan hekayələrin, şəkillərin, sənət əsərlərinin və daha çox şeyin
      paylaşılmasını asanlaşdırmaq.
    • Ayı, səmanı və ətrafımızdakı dünyanı müntəzəm müşahidə etməyə ilham vermək .

Gəlin bu axşam birlikdə Ayı yenidən kəşf edək!

Mənbələr:
https://blogs.nasa.gov/Watch_the_Skies/2020/09/25/international-observe-the-moon-night-2020/?fbclid=IwAR3dhj1qGtcxeZnGWEy7FbbyxXruxZbaeeOjHWnSDDuOERHLpDiMy3w5sSY
https://moon.nasa.gov/resources/406/2020-moon-map-for-international-observe-the-moon-night/
https://moon.nasa.gov/observe-the-moon-night/about/overview/