Astronom, teleskop istehsalçısı və bəstəkar Uilyam Herşel

Gəlmiş keçmiş ən böyük müşahidəçi astronom və ulduz astronomiyasının atası olaraq bilinən Uilyam Herşel (15 noyabr 1738 – 25 avqust 1822) bir ingilis astronomu, teleskop istehsalçısı və bəstəkar idi. Hannoverdən (Almaniyada bir yer) İngiltərəyə gəldiyində 19 yaşında idi və gənclik və yetkinlik yaşlarını musiqi ilə məşğul olaraq, öyrədərək və musiqi bəstələyərək keçirmişdir. Günəş Sistemindəki 7-ci planet olan Uranı, Uranın iki böyük peyki olan Titania ve Oberonu ve Saturnun iki peyki olan Enceladus ve Miması, infraqırmızı şüalanmanı kəşfetməsi və bəsdələdiyi 24 simfoniya sayəsində məşhurlaşmışdır.

E-flat majorda 15 nömrəli simfoniyanın orijinal əlyazması (1762)

Astronomiyaya marağı atasından miras qalmışdır. Öz teleskopunu inşa etməklə başlamışdır. Gün boyunca musiqi dərsi verdikdən sonra, axşamlarını göyüzünü müşahidə edərək keçirirmiş. 1778-ci ildə diametri 15 sm (6 inç) olan mükəmməl bir aynalı teleskop düzəltmişdir. Aynanı istehsal etmək üçün metal örtük tələb edən bu iş heç də asan deyildi. Herschelin həyatı 13 mart 1781-ci ildən sonra dəyişmişdir. Sözü gedən bu gecədə, səmada qeyri-müəyyən bir obyekt görmüş və onu bir neçə gün izlədikdən sonra həmin obyektin hərəkət etdiyini müşahidə etmişdir. Başlanğıcda quyruqlu ulduz olduğunu düşündüyü bu cisim əslində qeyd olunmuş tarixə görə yeni kəşf edilmiş bir planetdir.

Uilyam Herşel elmi mühitlərdə həmin anda qəbul edilməmişdir. Teleskopunun keyfiyyəti o qədər yüksək idi ki, digər astronomların görə bilmədiklərini o görə bilirdi və gördükləri ilə bağlı detallardan bəhs etdikdə çoxları onun dediklərinə inanmırdı. Lakin, nəticədə Herschein müşahidə və teleskop düzəltməkdəki qabiliyyəti qalib gəlmiş, Uranı kəşf etmiş olduğu inkar edilə bilməmişdir. Çox keçmədən elmi cəmiyyətlərdə tanınmışdır. Uranı kəşf etməsindən sonrakı bir il içində Kral III George tərəfindən ona maaş bağlanmış, beləcə köhnə hobbisi olan astronomiyaya bütün zamanını ayıra bilmişdir. 1797-ci ildə Uranın iki peykini və çox keçmədən Saturnun iki kiçik peykini də kəşf etmişdir.

Bacısı Kerolayn ilə birgə, ilk dəfə ulduzların və nebulaların başdan sona tam araşdırmasını etmişdir. Etdikləri digər bir mühim kəşf isə qoşa ulduzlardır – biri digərinin ətrafında dönən iki ulduz. Herşelin ölümündən sonra bu ulduzların orbitlərinin də Nyuton hərəkət qanunlarına və cazibə qanununa tabe olduğunu müəyyən etmək üçün detallı bir analiz edilməmişdir. Nəticədə bu qanunların sadəcə Günəş Sistemi üçün deyil, eyni zamanda uzaq ulduzlar üçün də keçərli olduğu ortaya çıxmışdır.

U. Herşel müşahidələrinə 70 yaşına qədər ciddi şəkildə davam etmişdir. 84 yaşında öldükdən sonra, Kerolayn müşahidələrinin geniş bir kataloqunu tamamlamış və öz astronomik işləri üçün də mükafatlar almışdır. Öz müşahidələrilə səkkiz quyruqlu ulduz kəşf etmiş və Kral Astronomiya Cəmiyyətinə seçilən ilk iki qadından biri olmuşdur.

Kariyerası boyunca, U. Herşel 400-dən çox teleskop istehsal etmişdir. İstehsal etdiklərinin içində ən böyük və eyni zamanda da ən məşhur olan teleskopu, 1.26 metrlik əsas güzgüyə sahib və 12 metrlik uzaqlığa sahibdir. Dövrünün aynaları mükəmməl əksetmə qabiliyyətinə malik olmadığından, keyfiyyəti artırmaq üçün Herşel fərqli bir yol izləmiş və günümüzdə “Herşel teleskopu” adlanan modeli yaratmışdır. İstehsal etdiyi bu böyük teleskopu test etdiyi ilk gecə, 28 avqust 1789-cu ildə Saturnun peyki Enkeladı kəşf etmiş, bir aylıq müşahidə nəticəsində isə Saturnun digər peyki olan Miması da kəşf etmişdir.

Herşelin teleskopu, Uran planetini ilk müşahidə etdiyi yer.

Ser Vilyam Herşelin Portreti, Levis Francis Abbot (1784)

Herşel Astronomiya Muzeyində yerləşən Herşelin 7 ayaqlı əksetdirici teleskopunun maketi

1782 və 1802-ci illərdə U. Herşel özünün düzəltdiyi teleskopu ilə (610 sm uzaqlıq/30 sm en və 610 sm uzaqlıq/47 sm en), təkrarlanan və ya itmiş araşdırmaları istisna olmaqla, kosmosda təqribən 2400 ədəd kosmik obyekti kəşf etmiş və bu kəşflərini aşağıdakı üç kataloqda yerləşdirmişdir:

Catalogue of One Thousand New Nebulae and Clusters of Stars (1786) – 1000 Yeni Nebula və Ulduz Klasterlərinin Kataloqu
Catalogue of a Second Thousand New Nebulae and Clusters of Stars (1789) – 2000 Yeni Nebula və Ulduz Klasterlərinin Kataloqu
Catalogue of 500 New Nebulae (1802) – 500 Yeni Nebulanın Kataloqu

Herşel kataloqundakı obyektləri “nebula” olaraq adlandırmış (1924-cü ildə Edvin Habbl tərəfindən nebulalar termini tam müəyyən olunana qədər böyük və aydın olmayan kosmik obyektlər, nebula olaraq adlandırılırdı) və o həmin obyektləri səkkiz sinfə bölmüşdür:

I Parlaq dumanlıq
II Zəif dumanlıq
III Çox zəif dumanlıq
IV Planetar dumanlıq
V Çox böyük dumanlıq
VI Çox sıxışdırılmış və zəngin ulduz topaları
VII Çox sıxıştırılmış böyük və kiçik (zəif və parlaq) ulduz topaları
VIII Kobud səpələnmiş ulduz topaları

Mənbə
In Quest of the Universe, Theo Koupelis, Jones & Bartlett Publishers, 2012
https://www.universetoday.com/tag/william-herschel/
https://en.wikipedia.org/wiki/William_Herschel