2 Noyabrda Yerə asteroid yaxınlaşacaq

NASA, 2 noyabrda bir asteroidin Dünyamıza yaxınlaşacağını deyir. NASA-nın JPL (Jet Propulsion Laboratory) laboratoriyasındakı Yerə yaxın cisimləri Araşdırma Mərkəzinə görə (Center for Near Earth Objects Studies) 2018 VP1 olaraq adlanan göy cisminin Dünyaya yaxınlaşması gözlənilir. NASA-dan verilən məlumatlara görə, asteroidin diametri ~ 0,002 km və ya ~ 6,5 fit, maqnitudu (mütləq ulduz ölçüsü) isə 30,9-a bərabərdir.

2018 VP1 asteroidi ilk dəfə 2018-ci ildə Kaliforniyadakı Palomar Rəsədxanasında təyin olunmuşdur. Nəysə ki, onun Yer ilə toqquşma şansı yalnız 0.41% -dir. 2 Noyabr 2020-ci ildə asteroidin Yerdən olan məsafəsi 419,130 km, sürəti isə 9.711 km/san olacaqdır.

2018 VP1, orbiti Yerin orbiti ilə kəsişən çox kiçik bir asteroiddir. NASA JPL, 2018 VP1-in orbitinin Yerə yaxın olması səbəbindən “Yerə yaxın Asteroid” olaraq təsnif etdi, lakin kompüter simulyasiyaları gələcəkdə toqquşmanın bir ehtimalını göstərmədiyindən potensial təhlükə olaraq hesab edilmir.

2018 VP1 asteroidi Günəş ətrafında hər 731 gündə bir (2 ildə bir) dövr edir. Günəşə 0.91 AV (Astronomik vahid = 149 597 871 km) qədər yaxınlaşır və 2.27 AV qədər uzaqlaşır. Parlaqlığına və işığı əks etdirməsinə görə, ehtimal ki, 0.002 ilə 0.004 kilometr arasındadır ki, bu da kiçikdən orta ölçülüyə qədər bir asteroidin böyüklüyündə olması deməkdir. Yəni təxminən onu bir avtobus və ya daha kiçiyi ilə müqayisə edə bilərik.

Mənbələr:
https://www.spacereference.org/solar-system#ob=2018-vp1
https://www.spacereference.org/asteroid/2018-vp1?fbclid=IwAR09Vt1MIqqSnK9vtshHOzl9ymgXJcDgSO8_UJ3mp_OwLOJ-S7Hpb3vryA8
https://edition.cnn.com/2020/08/22/us/asteroid-earth-november-2020-scn-trnd/index.html?fbclid=IwAR2bUSEJRyGigP3bM2sNvlW4qaFEEy_GCdTXuGDugF0RE1eRigyCvTfCa9s
https://www.independent.co.uk/news/science/asteroid-impact-chance-nasa-center-for-near-earth-object-studies-a9683786.html