Artemis Proqramı nədir?

Apollon Aya ilk addımlarını qoyarkən, Artemis bəşəriyyətə davamlı olaraq çalışmaq və ilk dəfə başqa bir dünyada yaşamaq üçün qapı açır. Ay səthini Marsda yaşamaq üçün bir nümunə olaraq istifadə edərək kəşfiyyatdakı bu növbəti dövr ulduzlardakı varlığımızı əbədiləşdirəcəkdir.

Amerika 1968-1972-ci illər arasında 6-sı uğurlu olan 9 Apollo- kosmosa insanlı uçuş həyata keçirdi. Bununla da Ay səthində 12 insanın gəzməsinə icazə verdi.

İndi isə NASA-nın Artemis adı verilən növbəti Ayı kəşf etmək missiyasının məqsədi qarşısında, sadəcə Ay səthində və ətrafında uzun müddətli insan məskunlaşması yaratmaq deyil, eyni zamanda Marsda hər zamankından daha çətin insanlı vəzifələr durur. Qısacası Marsda ediləcək olanları ilk öncə Ayda etməliyik.

Yaxşı bəs Artemis missiyası necə olacaq? Aya necə gedəcəyik?

NASA Artemis proqramı ilə əvvəlkindən daha çox Ay səthini kəşf etmək üçün yeni texnologiyalardan istifadə edərək 2024-cü ilə qədər ilk qadını və növbəti kişini Aya göndərəcəkdir. Artemis ticarət və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq edərək və on ilə qədər davamlı kəşfiyyat qurmağı planlayıb. Bu missiyanın ardından, Marsa astronavtları göndərərək növbəti nəhəng sıçrayışı həyata keçirmək üçün Ayda və ətrafında öyrəndiklərimizdən istifadə edəcəyik.

Ay və onun ətrafında robotlar və astronavtlarla həmişəkindən daha çox araşdırma aparmağa və daha çox elmi araşdırmalara imkan verən davamlı elementlər inşa ediləcək.

Yeni elmi araşdırmalar və texnoloji təcrübələr 2021-ci ildən başlayaraq Aya geri qayıdışa rəhbərlik edəcək. Ayın səthi və orbitindəki müxtəlif robot və insan fəaliyyətləri sayəsində Kainatı və planetimizi daha yaxşı tanıyacağıq.

Hərşeydən vacibi astronavtları Aya uçuracaq roketlər düşünülərək dizayn edildi və test edildi. Bu onların üç hissədən ibarət insanlı kosmik gəmisidir: heyət modulu- uçuş boyunca 4 ədədə qədər astronavtın yaşayacağı və işləyəcəyi; servis modulu- heyət üçün həyat dəstəkli sistemləri ilə öz motor və yanacaq rezervləri; və bir lansman- fırlatma zamanında heyət modulunu təhlükəsiz bir şəkildə çəkəbilən motorlarla durdurma sistemi. Bir karqo anbarından, üst pilləsindən, böyük bir nüvədən yaranan Fırlatma sistemi, pilləli və 2 qat genişlədilmiş qatı roket güçlendiricidən ibarətdir. Fırlatma rampasında oturarkən tamamilə roketlənən bütün roket, 6 milyon funtun biraz üzərində olub 5.2 milyonu sadəcə yanacaqdır. Roket alışdıqda bir sonrakı addımın durdurulması mümkün deyildir.

Mənbələr:

https://www.nasa.gov/specials/artemis/