800 milyon il əvvəl Yerə və Aya asteroidlər yağırdı!

Elm adamları diqqətlərini qədim dostumuz Aya yönəltmişlər. Xoşbəxtlikdən Selenologiya və Mühəndislik Kəşfiyyatı – SELENE (SELenological and ENgineering Explorer) olaraq da bilinən Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi – JAXA (Japan Aerospace Exploration Agency) Ay orbiti Kaguya da daxil olmaqla Ayda bir ekipaj kosmik gəmi donanması var. Osaka Universitetindən olan qrup üzvlərinin liderliyindəki bir tədqiqatçı qrupu, Ay səthindəki böyük kraterləri öyrənmək üçün Kaguya`dan alınan görüntülərdən istifadə etdi. Oradan alınan nəticələr bizə sadəcə “Ay”a zərbə vuran qədim asteroidlərin tarixini deməklə qalmır, eyni zamanda “Dünya”ya zərbə vuran asteroidlərin bənzər tarixi haqqında məlumat verir.

Komanda öz nəticələrini “ Kaguya tərəfindən ortaya çıxarılan Kriogen dövründən əvvəl Yer-Ay sistemində Asteroid yağışı” başlıqlı bir məqalədə təqdim etdi. Aparıcı müəllif Osaka Universitetinin professoru Kentaro Teradadır. Məqalə “Nature Communications” jurnalında dərc olunmuşdur.

Yer üzündə yaranan qədim krater zərbələri zamanla tədricən silinmişdir. Vulkanizm, eroziya və digər proseslər bunda əhəmiyyətli olmuşdur. Lakin biz asteroidlərin Yerə düşdüyünü və onların ölümcül ola biləcəyini bilirik. Təxminən 66 milyon il əvvəl baş vermiş Chicxulub asteroidinin zərbəsi buna misal ola bilər. Chicxulub asteroidin zərbə faktoru təxminən 10-15km diametri əhatə edirdi. Tədqiqatlar göstərir ki, Chicxulub zərbəsinin ölçüsünün şiddəti ilə bağlı olaraq bir asteroidin təxminən 100 milyon ildə bir Yerə vurmasının gözlənilən olduğunu göstərir. Lakin bu sübutları əldə etmək çətin olduğu üçün Osaka universitetindən olan qrup asteroidlərin Yer tarixində hansı rolu oynadığını anlamaq üçün Aydakı kraterləri araşdırdılar.

Komanda diametri 20 km –dən (12.5 mil) çox olan kraterlərə baxdı və 59 ədəd krateri araşdırdı. Daha böyük kraterlərin kənara atılan maddələrində olan 0,1 – 1 km (330 – 3300 fit) diametrindəki daha kiçik ölçülü kraterləri araşdırdılar.

Diametri 93km (58 mil) olan görkəmli Copernicus krateri üçün komanda atılan hissəsində 860 ədəd kiçik krater tapdı. Qrup bu məlumatları Copernicus kraterinin yaşını tapmaq üçün istifadə etdi. Daha çox analizdən sonra komanda 59 böyük kraterdən 8-nin eyni zamanda formalaşdığına qərar verdi.

Növbəti sual budur ki, bu müddət ərzində Yer necə oldu? Ayın səthinə bu qədər asteroid yağışı oldusa, Yer də onunla eyni aqibəti bölüşdümü? Komanda bu suala bəli cavabını verir. Məqalədə yazırlar ki, Yer-Ay sistemi 4,5 milyard ildən çox müddət ərzində birlikdə inkişaf etdiyi üçün bu yeni tapıntı bizə Yer-Ay sistemi haqqında çox mühim bir məlumat verir. Çünki asteroid axınları yalnız Ayda deyil, həmçinin Yerdə də meydana gəlmişdir.

İstinad:

https://www.universetoday.com/147142/800-million-years-ago-it-was-raining-asteroids-on- the-earth-and-moon/
https://www.eurekalert.org/pub_releases/2020-07/ou-aso071520.php
https://www.nature.com/articles/s41467-020-17115-6